Icma.az
close
up
RU
bp AÇG də ilk dəfə multilüləli quyu texnologiyası tətbiq edib

bp AÇG də ilk dəfə multilüləli quyu texnologiyası tətbiq edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

bp şirkəti “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi ilk dəfə olaraq bu yataqda multilüləli quyu (MLT) texnologiyasını uğurla tətbiq edib.

bp-dən AZƏRTAC-a bildirilib ki, bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.

MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

“Yeni texnoloji yanaşma bp-nin AÇG yatağından hasilatın azalma tempinin idarə olunmasına yönəlmiş genişmiqyaslı strategiyasının əsasını təşkil edir. Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli davamlılığını təmin etməyə kömək edir. AÇG-nin daha mürəkkəb və yetkin bir işlənmə mərhələsinə keçdiyi bir vaxtda, MLT texnologiyası əlavə ehtiyatların aşkara çıxarılmasında və yatağın iqtisadi səmərəlilik müddətinin uzadılmasında mühüm rol oynayacaq. Bu cür quyu konstruksiyasını ilk dəfədir ki, AÇG yatağında tətbiq edirik və bu mövcud yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyimizin göstəricisidir. Perspektivdə, hasilatın uzunmüddətli davamlılığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından bu cür innovativ həllər mühüm rol oynayacaq. MLT texnologiyası lay-kollektorla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, eləcə də mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. Bu baxımdan, bu texnologiyanın tətbiqi AÇG yatağında quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni bir mərhələdir. Hesab edirik ki, sözügedən texnologiya, bu dünya miqyaslı yatağın istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etməsi üçün ən effektiv yollardan biridir”, - deyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.

İlk MLT quyusu olan C44 quyusu “Qərbi Azəri” platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.

“İlk MLT quyusunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib. Belə ki, quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib. Əldə olunmuş bu nailiyyət dəqiq planlaşdırma, işlərin yüksək səviyyədə icrası və lay-kollektordakı qeyri-müəyyənliklərin düzgün idarə olunmasının göstəricisidir.

Bu quyu, eyni zamanda, geologiya, qazma və tamamlama sahələrinin uğurlu inteqrasiyasının nəticəsidir və koordinasiya olunmuş fəaliyyətin həm texniki, həm də kommersiya baxımından necə böyük səmərə verə biləcəyini nümayiş etdirir. İlk MLT quyusu, əldə olunmuş yüksək göstəriciləri ilə yanaşı, çoxlüləli quyu texnologiyasının bütün yataq miqyasında daha geniş tətbiqi üçün biznes baxımından tam əsaslandırılmış güclü bir zəmin yaradır”,- deyə bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib.

AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində, bp bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya bu ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.

AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız MLT texnologiyası ilə həll etmək mümkün olmadığından, yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Bura MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri