Icma.az
close
up
RU
BP Azərbaycanda yeni rəqəmsal mediasiya platformasının yaradılmasına dəstək olub

BP Azərbaycanda yeni rəqəmsal mediasiya platformasının yaradılmasına dəstək olub

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

BP şirkəti Azərbaycanda qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən bir sosial investisiya layihəsi tamamlayıb. SİA xəbər verir ki, layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılması idi. Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnundur: “Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir.”

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib.

Yeni platformanın əsas üstünlüklərinə daxildir:

İctimai istifadə imkanlarının təkmilləşdirilməsi: vətəndaşlar və hüquqi şəxslər artıq mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər.

İş səmərəliliyinin artırılması: Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.

Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126 880 manatdır (74 635 ABŞ dolları). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri