Icma.az
close
up
RU
bp Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək verib

bp Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək verib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

bp daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədilə nəşr etdiyi kitabların sayı 30-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və beynəlxalq şirkətin ölkədə təhsilin inkişafına dəstək olmaq istiqamətində uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.

Yeni tərcümə olunmuş “PTSP hallarında koqnitiv işlənmə terapiyası: Müfəssəl vəsait” kitabı posttravmatik stres pozuntusu (PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Patrisiya A.Resik, Kendis M.Monson və Ketlin M.Çard tərəfindən yazılmış kitab psixologiya fakültələri və stres travmasının reabilitasiyası ilə məşğul olan səhiyyə təşkilatları üçün dəyərli resurs kimi tövsiyə olunur.

KİT beynəlxalq səviyyədə PTSP-nin müalicəsi üçün qabaqcıl praktikaya çevrilmiş bir metod kimi tanınır və artıq Azərbaycanda da travma hallarında psixoloji yardım üzrə ixtisaslaşan peşəkar psixoloqların hazırlanmasında istifadə olunur. Kitab KİT metodunun müharibə veteranları da daxil olmaqla, spesifik qruplara uyğunlaşdırılmasına yönəlib. Bu da onu Azərbaycanda müharibə stresi ilə bağlı travmalar məsələsinin həlli baxımından xüsusilə aktual edir.

“Düşünürük ki, bu kitab müharibə stresi və digər stres travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox vacib mənbədir. Biz kitabın nəşrinə dəstək verməklə Azərbaycanda psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının sürətləndirilməsinə kömək etmək istəmişik. Bu nəşr stres travması yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək”,- deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə bp-nin hədiyyəsidir.

Bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə təşkilatı olan “For Azerbaijan” tərəfindən həyata keçirilən və həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan “Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Gücləndirilməsi” adlı geniş əhatəli layihənin bir hissəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri