Icma.az
close
up
RU
BP Azərbaycanın mədəni irs layihəsinə dəstək verib

BP Azərbaycanın mədəni irs layihəsinə dəstək verib

Icma.az, Sia Az saytına istinadən bildirir.

BP şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib. SİA xəbər verir ki, layihə çərçivəsində BP XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.

Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.

Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə və xalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm bir töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq. Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibin oxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirmə yolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı “Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə biz, bu missiyanı bu gün də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq.”

İlkin olaraq 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunub. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.

“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin əsərləri dərc olunub. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi geniş tanınır.

Layihə “Milli İrs” mədəni-tarixi tədqiqat fondu tərəfindən həyata keçirilib.

BP bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25 000 min (14700 ABŞ dolları) vəsait ayırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri