Icma.az
close
up
RU
UNESCO da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

UNESCO da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 11 iyul, AZƏRTAC

Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley Azərbaycanın qlobal mədəni irsə verdiyi töhfənin bir göstəricisi, eyni zamanda mədəni irsin qorunması sahəsində son 25 ildə ölkəmizin qazandığı zəngin təcrübənin parlaq təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UNESCO-nun İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” adlı tədbirdə UNESCO üzrə AzərbaycanIın Milli Komissiyasının Baş Katibi Seymur Fətəliyev deyib. Bildirib ki, İçərişəhər zəlzələnin fəsadları, urbanizasiya problemləri və konservasiya imkanlarının məhdudluğuna görə Ümumdünya İrs Siyahısına daxil edilməsindən bir neçə il sonra “Təhlükə altındakı Ümumdünya İrs Siyahısına” daxil edilib. Ancaq qısa zamanda qəbul edilən strateji qərarlar, siyasi iradə və dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində ciddi dönüş yaranıb: “İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması, inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi, elmi əsaslı konservasiya planlarının hazırlanması və ardıcıl həyata keçirilməsi sayəsində 2009-cu ildə İçərişəhər yenidən əsas siyahıya qaytarıldı. Bu, UNESCO təcrübəsində nadir hallarda rast gəlinən uğurlu nümunələrdən biri kimi tarixə düşüb. Təhlükə siyahısında olan abidənin yenidən əsas siyahıya qaytarılması böyük əzm, sistemli yanaşma, elmi əsaslandırılmış fəaliyyət və mədəni irsə sonsuz sevgi tələb edir. Bu proses mədəni irsin canlı yaddaş daşıyıcısı olduğunu göstərir”.

S. Fətəliyev hazırda Azərbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunəsinin yer aldığını vurğulayıb. “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası”, “Qobustan qayaüstü mədəni landşaftı”, “Xınalıq mədəni landşaftı və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı” kimi irslərimizin mədəni irs kateqoriyasına, “Hirkan meşələri”nin isə Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbii irs nümunəsi olduğunu deyib.

Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğunu deyən Baş katib qarşıdakı illərdə bu kateqoriyalarda yeni nominasiya dosyelərinin hazırlanacağını diqqətə çatdırıb. O, ölkəmizin UNESCO-nun 1972-ci il Konvensiyasının fəal tərəfdaşı olduğunu deyib.

Ölkəmizin Ümumdünya İrs Komitəsinin keçmiş üzvü, eləcə də UNESCO ailəsinin etibarlı üzvü olaraq bu Konvensiyanın icrasında yaxından iştirak etdiyini bildirib: “2019-cu ildә Bakı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi. Bu tədbir irs sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verdi. Bu yanaşmanın davamı olaraq, Azərbaycan 2022-2023-cü illərdə Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri üçün mədəni irs sahəsində genişmiqyaslı treninqlər təşkil etdi. 50-yə yaxın Afrika ölkəsini əhatə edən bu təşəbbüs irsin coğrafiyadan asılı olmayaraq bəşəri dəyər olduğunu bir daha nümayiş etdirdi”.

Seymur Fətəliyev Azərbaycanın 2025–2029-cu illər üzrə Ümumdünya İrs Komitəsinə namizədliyini irəli sürdüyünü də xatırladıb: ”Noyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləməklə üzv dövlətlər ümumbəşəri irsin qorunmasına, Afrika irsinin Ümumdünya İrs Siyahısında daha balanslı və ədalətli şəkildə təmsil olunması istiqamətində görüləcək işlərə mühüm töhfə vermiş olacaqlar. Azərbaycan yenidən seçildiyi təqdirdə təhlükə altındakı irsin qorunması, regionlar arasında balansın təmin olunması, az təmsil olunan ölkələrin səsinin eşidilməsi və bu sahədə bilik və bacarıqların paylaşılması kimi məsələlər diqqət mərkəzində olacaq. Multikulturalizmi dövlət siyasəti elan etmiş Azərbaycan UNESCO dəyərlərinə sadiq olaraq, İrs Komitəsinin işinə böyük töhfə verməyə hazırdır”.

Milli Komissiyanın Baş Katibi Azərbaycanın işğladan azad edilmiş ərazilərində aparılan quruculuq işlərindən də danışıb. Bildirib ki, bu torpaqlarda 100 müxtəlif mədəni irs abidəsinin ətrafında işğal dövründə Ermənistan tərəfindən kütləvi minalar basıdrıldığı aşkar edilib. O, Həmin abidələrin ciddi təhlükə və risk altında olduğunu diqqətə çatdırıb: “Təsəvvür edin ki, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən yüzlərlə abidə sistemli şəkildə dağıdılıb, məscidlərimiz təhqirə məruz qalıb, digər abidələrin əksəriyyətinin ətrafı minalanıb. Azәrbaycan bu gün әtrafı minalanmış irs abidələrinin sayına görə dünyada ilk sıradadır. Bu vəziyyət təkcə maddi mədəni irsə deyil, həmçinin insan həyatına birbaşa təhdid və təhlükədir”.

S. Fətəliyev ölkəmizin təfərdar olduğu bütün Konvensiyalara və onlardan irəli gələn öhdəliklərə hər zaman sadiq olduğunu vurğulayıb. Bildirib ki, mədəni və təbii irs bəşəriyyətin ortaq sərvəti, onunların qorunması isə yalnız keçmişə borcumuz deyil, eyni zamanda gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri