Icma.az
close
up
RU
BP Kərkükün neftqaz yataqlarını istismar edəcək

BP Kərkükün neftqaz yataqlarını istismar edəcək

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


BP şirkəti ilə İraq Respublikası arasındakı danışıqların nəticəsi olaraq məşhur şirkət Kərkük neft yataqlarının istismarı barədə razılıq alıb.
Reyting.az
bildirir ki, dünya nəhəngi BP şirkəti ilə İraq federal hökuməti tərəfindən razılaşdırılan, tərəflərin ehtimalına görə milyardlarla barrel neft ehtiyatı saxlayan Kərkükdəki neft-qaz yataqlarının yenidən işlənmə planının artıq ən vacib texniki şərtlərinin müzakirələri başlayıb.
"Bloomberg" nəşri Britaniya nəhəngi "British Petroleum" şirkətinin icraçı vitse-prezidenti Uilyam Linə istinadla yazır ki, BP və İraq hökuməti arasında texniki şərtlərlə bağlı ilkin saziş artıq imzalanıb. Bildirilir ki, Britaniya nəhəngi və İraq dövləti danışıqları gələn ilin əvvəlindən başa çatdırmağı planlaşdırırlar.
"Biz İraq hökumətinə BP-nin bu ölkədə, xüsusən də Rumaila adlanan bölgəsində fəaliyyətinə göstərdiyi davamlı dəstəyə, eləcə də Kərkük ərazisindəki həmin kritik yataqların gələcək inkişafı, istifadəsi ilə bağlı müzakirələrdə fəal iştirakına görə minnətdarıq", - deyə Uilyam Lin bü gün verdiyi açıqlamasında bildirib.
Xatırladaq ki, BP şirkəti və İraq bu ilin əvvəlində Şimali Kərkük bölgəsində yerləşən dörd neft-qaz yatağının bərpası, işlənməsi barədə razılığa gəldiklərini bəyan etmişdilər.
2024-cü ilin avqust sövdələşməsində BP bildirmişdi ki, "tamamilə zəruri hallarda mövcud obyektlərin bərpası, həmçinin yeni obyektlərin tikintisi, o cümlədən qazın genişləndirilməsi layihələri Kərkük yataqlarında qazma proqramı ilə birlikdə hasilatı sabitləşdirmək, eyni zamanda azalmanı geri qaytarmaq, hasilatı əvvəlki vəziyyətə qaytarmaq üçün çox böyük bir potensiala malikdir. Bu milli əhəmiyyətli neft yatağında artım trayektoriyasıdır".
Qeyd edək ki, İraq OPEC-in ikinci ən böyük neft istehsalçısıdır və Kərkük neft sənayesinin meydana gəldiyi məkandır. Lakin onu da qeyd etmək lazımdır ki, BP-nin İraqdakı tarixi əslində BP kimi tanınan bu şirkətin İraqa Kərkükdəki Baba Qurqurd adlanan ərazidə neft tapmağı, hasil etməyi, ixraca köməyi 1920-ci illərə təsadüf edir.
BP şirkətinin məlumatında bildirilir ki, Kərkük yatağında təxminən 9 milyard barrelə qədər neft var.
Bununla belə, İraq dövlətinin ərazisində, Kərkükdəki neft əməliyyatları son on ildə Bağdaddakı mərkəzi hökumətlə müxalif mövqeli Kürd regional hökuməti arasında neft yataqlarına, eləcə də neft gəlirlərinə nəzarətlə bağlı mübahisələr səbəbindən həmişə problemli olub.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri