Icma.az
close
up
RU
BP milli idmanımıza himayəsini davam etdirir

BP milli idmanımıza himayəsini davam etdirir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

BP şirkəti Azərbaycanın Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə 13 illik rəsmi tərəfdaşlığını 2028-ci ilin sonuna qədər uzadıb. Dünən Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı imzalanma mərasimi keçirilib.

Mərasimdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu bildirib. Onun sözlərinə görə, BP 30 ildən artıqdır ki, milli komandaların və idmançıların inkişafı və ölkənin iri beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. B.Aslanbəyli uğurlu tərəfdaşlıq fəaliyyəti ilə yanaşı, BP-nin Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, şirkət bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək.

Qeyd edək ki, ilkin tərəfdaşlıq sazişi London Oyunlarından əvvəl 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır. 10 ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb. İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Oyunlarında, Bakı 2015 Avropa Oyunlarında, Rio 2016 Oyunlarında, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio 2020 Oyunlarında və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.

Tərəfdaşlığın bir hissəsi olaraq BP Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011–2020-ci illərdə beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Yeri gəlmişkən, Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısı olan BP şirkəti indiyədək öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə, təxminən, 85 milyard dollar sərmayə qoyub. Bununla yanaşı, Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə investisiya yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürən şirkət əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə, ümumilikdə, 111 milyon dollardan çox vəsait xərcləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri