Icma.az
close
up
RU
BP Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək

BP Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BP-nin Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığı 2028-ci ilin sonuna qədər uzadılıb.
"APA-Economics" xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Oyunlarından əvvəl 2012-ci ilin yanvarında imzalanıb. O vaxtdan bəri bu sazişin müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.

Məlumata görə, bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Oyunlarında, Bakı 2015 Avropa Oyunlarında, Rio 2016 Oyunlarında, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio 2020 Oyunlarında və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib.
Tərəfdaşlığın bir hissəsi olaraq, BP həmçinin, Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP-nin ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu vurğulayıb.

"30 ildən artıqdır ki, BP milli komandaların və idmançıların inkişafı və ölkənin iri beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir", - Bəxtiyar Aslanbəyli qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri