Milli Paralimpiya Komitəsində görüş
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.
Komitədən verilən məlumata görə, tədbirdə turnirin gümüş və bürünc medalçıları – Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığmanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.
Görüş zamanı Tunis Qran-prisində nümayiş etdirilən çıxışlar barədə danışılıb, idmançıların yarışla bağlı təəssüratları dinlənilib.
Eyni zamanda, qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.
MPK-nın baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
Görüşdə qurumun prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















