bp nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 18 dekabr, AZƏRTAC
bp neft şirkətinin İdarə Heyəti mühüm kadr dəyişikliyi edib.
AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, hazırkı baş icraçı direktor Murrey Okinklossa vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Meg O’Nil bp-nin yeni baş icraçı direktoru təyin olunub. O, bu vəzifəni icra edən şirkətin ilk qadın rəhbəri olacaq.
Qərara əsasən, Murrey Okinklossa dərhal vəzifəsini tərk edəcək, lakin gələn ilin sonunadək məsləhətçi kimi şirkətlə əməkdaşlığını davam etdirəcək. Onu əvvəllər “ExxonMobil”də çalışmış və 2021-ci ildən Avstraliyanın “Woodside Energy” şirkətinə rəhbərlik edən Meg O’Nil əvəz edəcək. O, vəzifəsinin icrasına aprel ayında başlayacaq. Həmin vaxta qədər bp-nin ticarət üzrə rəhbəri Kerol Houl şirkətə müvəqqəti rəhbərlik edəcək.
Meg O’Nil bp-nin 116 illik tarixində ilk qadın baş icraçı direktor olmaqla yanaşı, dünyanın beş ən böyük neft şirkətindən birinə rəhbərlik edən ilk qadın kimi tarixə düşəcək. Onun təyinatı, həmçinin bp-nin bu vəzifəyə ilk dəfə kənardan rəhbər gətirməsi ilə də əlamətdardır.
Qeyd olunur ki, bp-də son beş il ərzində artıq üçüncü dəfə baş icraçı direktor dəyişir. Bu qərar bir neçə həftə əvvəl Albert Menifildin İdarə Heyətinin sədri təyin olunmasından sonra verilib. O, şirkətin yaşıl enerji strategiyasının uğursuz tətbiqi dövründə rəhbərlik etmiş Helge Lundu əvəzləyib.
Analitiklər hesab edirlər ki, kadr dəyişikliyi bp-nin biznes fəaliyyətini yenidən gücləndirmək niyyətindən xəbər verir. Şirkətin səhmləri və gəlirləri illərdir ki, neft və qaz hasilatının genişləndirilməsi əvəzinə yaşıl enerji layihələrinə üstünlük verilməsi səbəbindən “ExxonMobil” və “Shell” kimi rəqiblərindən geri qalır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 18 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















