Icma.az
close
up
RU
bp yə yeni baş icraçı direktor təyin edildi

bp yə yeni baş icraçı direktor təyin edildi

Icma.az, Marja.az saytına istinadən bildirir.

Neft, qav və bərpa edilən enerji şirkəti olan bp, 1 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minmək şərti ilə baş icraçı direktor (CEO) vəzifəsinə Meg O’Neill-i təyin edildiyini açıqlayıb.

Marja.a Şirkət tərəfindən yayımlanan açıqlamaya istinadən xəbər verir ki, bp-nin hazırkı baş icraçı direktoru (CEO-su) Murray Auchincloss bu gündən etibarən vəzifəsindən ayrılmaq qərarı verib.

Auchincloss-dan boşalan CEO vəzifəsini 1 aprel 2026-cı il tarixindən etibarən Meg O’Neill icra edəcək.

bp-nin hazırkı Təchizat, Ticarət və Nəqliyyatdan Məsul vitse-prezidenti Carol Howle, O’Neill baş icraçı direktor vəzifəsinə başlayana qədər müvəqqəti baş icraçı direktor kimi fəaliyyət göstərəcək. Murray Auchincloss isə problemsiz keçid prosesini təmin etmək məqsədilə 2026-cı ilin dekabr ayınadək məsləhətçi qismində şirkətlə əməkdaşlıq edəcək.

Meg O’Neill hazırda Avstraliyanın beynəlxalq enerji şirkəti Woodside Energy-nin baş icraçı direktoru vəzifəsini icra edir.

Açıqlamada fikirlərinə yer verilən bp-nin İdarə Heyətinin sədri Albert Manifold, O’Neill-in şirkətə qoşulmasından məmnun olduqlarını bildirərək qeyd edib:

“Əhatəli planlaşdırma prosesindən sonra İdarə Heyəti bu keçidin daha sadə, daha çevik və daha gəlirli bir şirkət olmaq məqsədi ilə həyata keçirdiyimiz strateji baxışımızı sürətləndirmək üçün imkan yaratdığına inanır. Son illərdə irəliləyiş əldə edilib, lakin səhmdarlarımız üçün dəyəri maksimum səviyyəyə çatdırmaq məqsədilə zəruri dəyişiklikləri reallaşdırmaq üçün daha çox dəqiqlik və diqqət tələb olunur.”

Manifold Auchincloss-a şirkətə verdiyi töhfələrə görə təşəkkür edib.

Şirkətin yeni CEO-su O’Neill isə bu vəzifəni üzərinə götürməkdən məmnunluğunu ifadə edərək bildirib: “bp-nin rəhbər komandası və dünya üzrə həmkarlarımla birlikdə çalışaraq şirkətin fəaliyyət göstəricilərini yaxşılaşdırmaq, innovasiya və dayanıqlılığı təşviq etmək, eləcə də dünyanın enerji ehtiyaclarını qarşılamaq üçün üzərimizə düşəni etmək üçün səbirsizlənirəm.”

Şirkətdə 30 illik fəaliyyətindən sonra ayrılmaq qərarı alan Auchincloss isə rəhbərliyi “yeni bir lidərə təhvil verməyin tam zamanı” olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see210

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see175

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see173

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri