Icma.az
close
up
RU
BP “Qarabağ” yatağında seysmik tədqiqatlara hazırlaşır

BP “Qarabağ” yatağında seysmik tədqiqatlara hazırlaşır

Icma.az bildirir, Apa.az portalına istinadən.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” kontrakt sahəsində seysmik tədqiqat proqramı çərçivəsində dənizdibi sensor qovşaqları (OBN) ilə seysmik tədqiqat, həmçinin yüksək rezolyusiyalı (HR) / ultrayüksək rezolyusiyalı (UHR) seysmik tədqiqatın aparılması nəzərdə tutulur.

APA-Economics” xəbər verir ki, bu barədə “Qarabağ” kontrakt sahəsində seysmik tədqiqat proqramı üzrə Ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədində bildirilir.

Sənədə əsasən, dənizdibi sensor qovşaqları (OBN) ilə seysmik tədqiqat lay-kollektorun xüsusiyyətlərinin daha yaxşı başa düşülməsini təmin edəcək, quyuların planlaşdırılmasına kömək edəcək və yataqların işlənməsi strategiyalarını optimallaşdıracaq. Yüksək rezolyusiyalı (HR) / ultrayüksək rezolyusiyalı (UHR) seysmik tədqiqat quyuların bütövlüyünə mənfi təsir edə biləcək geoloji təhlükələri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz quraşdırılmasına təsir göstərə biləcək yeraltı təhlükələri müəyyən etməyə kömək edəcək.

Qeyd olunur ki, OBN ilə seysmik tədqiqat dəniz dibində qəbuledici sensor qovşaqlarının yerləşdirilməsi və dəniz səthinə yaxın seysmik mənbənin (pnevmotop qrupu) işə salınmasını özündə ehtiva edir. Pnevmotoplar aşağı tezlikli səs dalğaları yaradır. Həmin səs dalğaları su sütunu boyunca dəniz dibinə doğru hərəkət edir, orada isə dəniz dibinin altındakı müxtəlif süxur qatları ilə rastlaşır. Səs dalğaları müxtəlif süxur qatlarına dəyməklə geri əks olunur və geri qayıdan səs dalğaları dəniz dibindəki qəbuledici sensorlar vasitəsilə aşkar edilir

““Qarabağ” kontrakt sahəsində OBN tədqiqatı 100 günə qədər davam edəcək və artıq 2025- ci il dekabrın 1-də başlaya bilər. Mənbə sahəsi 500 km2, qovşaq sahəsi isə 248 km2 olacaq. Tədqiqat dənizin 140-200 m dərinliyində aparılacaq”, - hesabatda vurğulanır.

Sənədə əsasən, HR and UHR seysmik tədqiqatı yerin təkinin ətraflı təsvirlərini yaratmaq üçün istifadə olunan geofiziki üsullardır. Onlar ənənəvi yedəkli məlumat toplama üsullarından istifadə edirlər. Burada həm enerji mənbəyi, həm də qəbuledicilər tədqiqat gəmisinin arxasından yedəklə çəkilir. Dayaz yeraltı strukturların daha dəqiq təsvirlərini əldə etmək üçün xüsusi avadanlıqların (məsələn, kiçik həcmli pnevmotoplar, sparkerlər) yaratdığı daha yüksək tezlikli səs dalğaları istifadə olunur. Buna görə də onlar təhlükələri və geoloji xüsusiyyətləri müəyyən etmək üçün ideal hesab olunur. HR / UHR tədqiqatları aparılarkən dəniz dibi haqqında məlumat əldə etmək üçün çox vaxt digər akustik avadanlıqlardan, məsələn, yan müşahidəli exolokator, çoxşüalı exolokator və dərinlik profiloqrafından da istifadə olunacaq. Planlaşdırılan HR / UHR tədqiqat sahələri Şəkil N.4-də təqdim olunur. Tədqiqat 2026-cı ilin birinci rübünə planlaşdırılıb və təxminən 45 gün davam edəcək. Tədqiqat dənizin 170-185 m dərinliyində aparılacaq. OBN tədqiqatının HR / UHR tədqiqatı ilə eyni vaxtda aparılması planlaşdırılmır, çünki səs mənbələri bir-birinə müdaxilə edə və nəticədə məlumatlar təhrif oluna bilər. Lakin bu, istisna olaraq qısa müddət ərzində baş verə bilər.

Xatırladaq ki, “Qarabağ” kontrakt sahəsi Bakıdan 120 km şərqdə, dənizin 150 – 200 m dərinliyində, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) kontrakt sahələrinin yaxınlığında yerləşir 2018-ci ildə Qarabağ yatağının işlənməsi üçün Risk Xidmət Sazişi (RXS) imzalanmışdı. 2025-ci ilin may ayında bp bu sazişdə 35% pay əldə etdi və operator oldu. SOCAR-ın ortaq şirkəti isə RXSdə 65% pay sahibi olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri