“Qarabağ” yatağında seysmik axtarış
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Böyük Britaniyanın bp şirkəti neft-servis sahəsində fəaliyyət göstərən SLB şirkəti ilə Xəzər dənizi akvatoriyasında yerləşən “Qarabağ” yatağının işlənilməsi çərçivəsində seysmik məlumatların emalının aparılması məqsədilə müqavilə imzalayıb.
SLB şirkətinin bu barədə yaydığı məlumatda bildirilib ki, bu müqavilə bp-nin operator qismində çıxış etdiyi Xəzərdəki digər dəniz neft-qaz layihələri üzrə daha öncə bağlanmış iki müqavilənin məntiqi davamı hesab olunur. “SLB-nin dərin regional təcrübəsi və Azərbaycandakı uzunmüddətli fəaliyyəti təsvirlərin əldə edilməsinin yüksək keyfiyyəti və rezervuarlara dair praktiki biliklər ilə birlikdə Xəzər hövzəsində seysmik kəşfiyyat standartlarını formalaşdırmağa davam edir”, – deyə şirkətin məlumatında vurğulanıb.
SLB dünyanın və Azərbaycannın neft-qaz sənayesində aparıcı texnologiya və neft xidməti şirkətidir. 1926-cı il Parisdə təsis edilmiş şirkət neft və qazın kəşfiyyatı, quyuların qazılması, seysmik məlumatların emalı, rəqəmsal və süni intellekt həlləri, hasilatın optimallaşdırılması və dekarbonizasiya sahələrində fəaliyyət göstərir. Qurum Azərbaycanda və Xəzər hövzəsində bp və SOCAR ilə müxtəlif dəniz neft-qaz layihələrində uzun illərdir ki, seysmik kəşfiyyat və texniki xidmətlər sahəsində əməkdaşlıq edir.
Xatırladaq ki, 2025-ci il iyunun Bakı Enerji Həftəsi çərçivəsində bp Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qarabağ” yatağının işlənməsi layihəsində 35 faizlik payın alınmasına dair saziş imzalayıb. Layihədə qalan 65 faiz isə SOCAR-a məxsusdur. bp şirkəti “Qarabağ” yatağı üzrə yekun investisiya qərarını 2027-ci ilin ortalarına qədər qəbul etməyi planlaşdırır.
“Qarabağ” yatağı Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur. Bunun da 21 milyon tonu və əlavə 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















