Icma.az
close
up
RU
bp universitetlər üçün insan hüquqları üzrə yeni tədris vəsaiti dərc edib

bp universitetlər üçün insan hüquqları üzrə yeni tədris vəsaiti dərc edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bp Azərbaycan dilində yenicə nəşr olunmuş “İnsan Hüquqları. Ensiklopediya” kitabının təqdimatını keçirib.

bp-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu sahədə ilk olan bu dərslik yerli universitetlərin hüquq fakültələrinin tələbə və müəllimləri üçün əhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəa daxildir.

Kitab insan hüquqlarının tarixini, inkişafını və təsnifatını, həmçinin beynəlxalq və milli normativ-hüquqi çərçivələri tədqiq edir. Vəsaitin məqsədi insan hüquqları haqqında daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət və hüquqi savadlılıq mədəniyyətini təşviq etməkdir.

Dosent Zaur Əliyevin müəllifi olduğu bu ensiklopediya bp-nin Azərbaycanda hüquq təhsilinin keyfiyyətinin artırılmasına dəstək məqsədilə hazırlanıb və dərc edilmiş altı hüquq dərsliyindən ibarət geniş layihəsinin bir hissəsidir. Bu dərsliklərin beşi cari ilin iyun ayında tamamlanaraq ictimaiyyətə təqdim edilib. Altıncı kitabın nəşri ilə ölkənin müasir və gələcək hüquq mütəxəssislərinin inkişafına mühüm töhfə verəcək bu layihə uğurla başa çatmış olur.

Layihə bp-nin Azərbaycanda təhsilin və bacarıqların artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

“Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində hüquq dərslikləri üzrə geniş layihəmiz çərçivəsində altıncı və son kitabı təqdim etməkdən məmnunuq. Azərbaycanda ilk dəfə nəşr olunan “İnsan Hüquqları. Ensiklopediya” zəngin biliklər təqdim edən və ölkədə hüquq təhsilinin modernləşdirilməsinə töhfə verən dəyərli tədris vəsaiti olacaq. İnanırıq ki, bu nəşr dərin bilikli və geniş məlumatlı yeni nəsil hüquq mütəxəssislərinin formalaşmasına kömək edəcək.

Altı dərsliyin hamısı hüquq mütəxəssisləri və alimlərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu vəsaitlər universitet tələbələri, müəllimlər və hüquq işçilərinin hüquq sahəsində müasir materiallara artan tələbatının qarşılanmasına əhəmiyyətli töhfə verəcək. Xüsusilə məmnunuq ki, altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunub və bu, ölkənin hüquq elmi və tədrisi sahəsində mühüm bir mərhələ deməkdir”,- deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Dərsliklər tələbələr, müəllimlər, alimlər, hüquq mütəxəssisləri, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, mediatorlar, eləcə də ictimai və siyasi fikir adamları da daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 230 min 38 manat (təxminən 135 min 316 dollar) təşkil edir və altı kitabın hər biri üzrə məzmunun hazırlanması, nəşri və layihənin idarə edilməsi də daxil olmaqla bütün mərhələləri əhatə edir.

Layihənin icraçısı “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyidir.

Layihəyə daxil edilmiş altı kitabın tam siyahısı:

1. “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.

3. “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

5. “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.

6. “İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaitinə insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir.

-1 / 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri