Icma.az
close
up
RU
Yeni tədris ilini rektorsuz qarşılayan UNİVERSİTETLƏR

Yeni tədris ilini rektorsuz qarşılayan UNİVERSİTETLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il ali təhsil müəssisələrinə 57 min 236 nəfər qəbul olunub. Tələbə adını qazanan 60 minə yaxın şəxs Azərbaycanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcəklər.

Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq. 
Modern.az-ın məlumatına görə, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.

Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub. O, rektorun səlahiyyətlərini icra edir.

Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad olunub. 

Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru İlyas Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir.  4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru Əməkdar artist Nailə Məmmədzadə icra edir.
Naxçıvan Müəllimlər İnstitutunda 2020-2024-cü ildə rektor pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov olub. O, ötən il parlament seçkilərində iştirak edərək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı seçilin və bu səbəbdən İnstitutdakı vəzifəsindən azad edilib. Artıq 1 ildir ki, ali təhsil ocağında rektor vəzifəsi boşdur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri