BP Xəzərdə tikinti işlərinə başladı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
“Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə mühüm bir mərhələ əldə olunub. BP dənizdə boru payaların quraşdırılması əməliyyatlarını uğurla başa çatdırıb və layihə üzrə dənizdə tikinti işlərinə başlayıb.
BP-dən Axar.az-a bildirilib ki, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək 4 boru paya Xankəndi sualtı tikinti gəmisi vasitəsilə təhlükəsiz şəkildə dənizə daşınaraq öz yerinə quraşdırılıb.
Əməliyyatların əsas məqamları olaraq qeyd olunub ki, hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym və çəkisi 292 ton olan bu payalar bp-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır. Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmağını təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilib. Həmçinin kampaniya çərçivəsində BP-nin regiondakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilib.
Bu əməliyyatlar ŞDK layihəsinin həyata keçirilməsində əhəmiyyətli bir addımdır və 2028-ci ilin birinci yarısına planlaşdırılan növbəti mühüm mərhələ - platformanın dayaq blokunun quraşdırılması üçün yol açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Oktyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















