Icma.az
close
up
RU
BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb

BP Xəzərdə iki kəşfiyyat və işlənmə blokunda pay alıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BP bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırdığını elan edib.

“APA-Economics” xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bu gün bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

Məlumata görə, birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20–25 km məsafədə, suyun 150–200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış Risk Xidməti Sazişi (RXS) mövcuddur.

İkinci blok Bakıdan 90–110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid hasilatın pay bölgüsü sazişi (HPBS) də 2018-ci ildə imzalanmışdır.

BP iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%-lik iştirak payını SOCAR özündə saxlayacaq. bp hər iki müqavilə üzrə operator olacaq.

BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz imzaladılar.

SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Bu yeni sazişlər vasitəsilə bp ilə strateji tərəfdaşlığımızı daha da genişləndirməkdən məmnunuq. Qarabağ və Əşrəfi – Dan Ulduzu – Aypara sahələri əhəmiyyətli potensiala malikdir və bp-nin operatorluq təcrübəsi bu sahələrin tam dəyərinin açılmasında həlledici rol oynayacaq. Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uzaqgörən strategiyaya əsaslanır və etibarlı qlobal enerji tərəfdaşı kimi mövqeyimizi daha da gücləndirir. bp ilə möhkəm əməkdaşlığımızın yeni uğurlar gətirəcəyinə inanırıq.”

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell dedi: “Bu Azərbaycana yeni bir öhdəliyimiz olmaqla həm də əhəmiyyətli bir potensial artım imkanıdır. Mövcud iri fəaliyyət mövqelərimizə və tərəfdaşlıqlarımıza əsaslanaraq apstrim neft-qaz biznesimizi genişləndirilmək strategiyamız üçün çox vacibdir.

Azərbaycanda dünya səviyyəli hasilat və ixrac infrastrukturunun idarə edilməsində və ona sərmayə qoyulmasında 30 ildən çox uğurlu təcrübəmiz var. Bu gün SOCAR-la imzaladığımız müqavilələr kimi yeni imkanlar məqsədlərimizə çatmağımızda mühüm rol oynayacaq. SOCAR-la uzunmüddətli tərəfdaşlığımıza əsaslanaraq buradakı mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirəcəyik. Operator olaraq isə biz bu layihələrin irəliləyişini sürətləndirmək üçün qlobal təcrübəmizi, texniki və kommersiya biliklərimizi, qabaqcıl texnologiyalarımızı və maliyyə resurslarımızı gətirərək onları təhlükəsiz və səmərəli şəkildə icra edəcəyik.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri