BQXK nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən APA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində
əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək
fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər görüşdə BQXQ-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan
arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr
ayının əvvəli dayandırmasından sonra da BQXQ ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















