Qarsda Qərbi Azərbaycan İcmasının nümayəndəliyinin açılması Qayıdış Konsepsiyasına töhfə olardı
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 1 fevral, AZƏRTAC
Türkiyənin Ermənistanla həmsərhəd olan Qars şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin açılması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə töhfə verərdi.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyənin Qars vilayətindəki baş konsulu Zamin Əliyev bildirib.
Diplomat Qərbi Azərbaycandakı tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların övladlarının hazırda Türkiyədə yaşadığını diqqətə çatdırıb.
“Qərbi Azərbaycandan deportasiya edilən bəzi soydaşlarımız bir vaxtlar Anadoluya gəliblər. Onların əhəmiyyətli bir hissəsi Qarsda məskunlaşıb. Bu gün həmin insanlar Türkiyə vətəndaşları kimi qardaş ölkənin inkişafına mühüm töhfələr verirlər”, - deyən diplomat Qərbi Azərbaycandan olan insanların öz tarixi vətənlərini heç vaxt unutmadıqlarını vurğulayıb.
“Bu gün Qərbi Azərbaycandan olan insanlar İcmanın fəaliyyətini diqqətlə izləyirlər”, - deyən Z.Əliyev ötən ilin dekabrında İzmirdə Qərbi Azərbaycan İcmasının ilk xarici nümayəndəliyinin açılmasını yüksək qiymətləndirib.
Baş konsul vurğulayıb: “İzmirdə ofis açmaq ən yüksək qiymətə layiq bir addımdır. Eyni zamanda, inanırıq ki, Qərbi Azərbaycan İcmasının Qarsda təmsil olunması həm də onun maraqlarına və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə töhfə verəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 01 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















