BQXK Yaxın Şərqdə qalan şəxslərlə Azərbaycandakı qohumları arasında əlaqə yaradıb
![](https://www.aznews.az/storage/2024/12/06/796c798f-276f-3973-aba3-c5b50b6f8ea7_850.jpg)
Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə 20 Qızıl Xaç Məktubu vasitəsilə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.
Bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ilin yanvar-iyun aylarındakı fəaliyyəti ərzində baş tutub.
Bundan başqa, həmin müddət ərzində 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb. (report)
AzNews,az
![see](https://icma.az/template/assets/see.png)