Icma.az
close
up
RU
Branimir Subaşiç: Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir... Müsahibə

Branimir Subaşiç: Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir... Müsahibə

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Neftçi"nin veteran hücumçusu, vaxtilə "Qarabağ"ın da formasını geyinmiş Branimir Subaşiç apasport.az saytına müsahibə verib. O, "Neftçi"nin bu mövsümkü performansını dəyərləndirib. Branimir həmçinin Misli Premyer Liqasının 23-cü turunda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununda komandaların şanslarını dəyərləndirib.

- "Neftçi" son turda "Zirə"ni məğlub etməyi bacardı və komanda ardıcıl 3 oyundur ki, qələbə qazanır. "Neftçi"nin "Zirə"ni məğlub etməsi sənin üçün sürpriz olmadı ki?
- Sürpriz? Nə sürprizi?(gülür) Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir, hansı ki, onsuz da bu komanda hər zaman qələbə qazanmalıdır. Axı, istənilən halda bu, “Neftçi”dir. Onlardan qalibiyyət həmişə gözləniləndir. “Neftçi” əvvəlki yoluna, əvvəlki durumuna qayıtmalıdır. Təbii ki, komandanın qələbəsinə sevindim.

- “Neftçi”nin yavaş-yavaş özünə gəldiyini demək olar? Yoxsa, düşünürsən ki, oyun sarıdan komanda yenə də gözləntiləri qarşılamır?
- Bəli, fikrimcə “Neftçi” yavaş-yavaş özünə gəlməyə başlayır. Amma istənilən halda, komandaya zaman lazımdır, daha çox işləmək mütləqdir. “Neftçi” “Şaxtyor”(Donetsk) kimi ola biləcək komandadır. Çünki hər bir şərait var, komanda üçün hər şey qurulub. Onlar ən yaxşı nəticəni qazanmalıdır. Buna məcburdurlar. Başa düşmürəm, hələ də nədir yolunda olmayan, yolunda getməyən? Ümidvaram ki, hər şey daha da yaxşı olacaq.

- "Neftçi" 22 turdan sonra 6-cı pillədədir və lider "Qarabağ"dan 29 xal geridə qalır. Halbuki çoxları düşünürdü ki, "Neftçi" bu sezon "Qarabağ"la çempionluq mübarizəsində yer alacaq...
- Bəli, komandanın bu sezon çempionluq mübarizəsi aparması çətindir. Xal fərqi də çox şeyi deyir. Görünən odur ki, çox sayda eksperimentlər oldu. “Neftçi” özünə gəlməlidir. Son matçlardakı qələbələr xoşdur. Ümid edirəm, həqiqətən özlərinə gəlirlər və bundan sonra daha da yaxşısını gözləmək olar. Amma bu sezon çempionluq uğrunda mübarizə aparmaq üçün artıq gecdir.

- Maraqlıdır ki, növbəti turda Azərbaycan derbisi yaşanacaq. "Neftçi" "Qarabağ"la qarşılaşacaq...
- Çox maraqlı oyun olacaq. Bu iki komandanın oyunları hər zaman maraqla gözlənilir. Onların turnir cədvəlində tutduğu mövqedən asılı olmayaraq belədir. Mən orada oynadığım dönəmdə də, "Neftçi" və "Qarabağ" klublarının görüşləri əla alınırdı. Bu dəfə də yaxşı oyun olacağından əminəm.

- Hansı komandaya azarkeşlik edəcəksən? "Neftçi"nin, yoxsa "Qarabağ"ın qələbə qazanmasını istəyirsən? 
- Mən ən yaxşı illərimi "Neftçi"də keçirmişəm. "Qarabağ"da isə yaxşı işlər görülür, yaxşı təşkilatçılıq var. Proqnoz vermək çətindir. Daha güclü olan qalib gəlsin. Lakin ürəyim "Neftçi"nin yanındadır.

- “Neftçi" artıq 4 ildir ki, "Qarabağ"ı məğlub edə bilmir. Səncə də bu uzun müddət deyil?
- Bəli, həqiqətən də artıq çox uzun müddət olub. Ümidvaram ki, hər şey tez bir zamanda dəyişəcək. Bilirsiz gördüyüm mənzərə nədir? Eyni adamlar artıq 14-15 ildir ki, "Qarabağ"dadır. Amma "Neftçi"də nə qədər insanlar dəyişdirildi.  Uğurlu olmaq üçün stabillik lazımdır. Halbuki klubda hər bir şərait var. "Neftçi" hər zaman ən yaxşısına layiqdir. Bunu dəqiq deyə bilərəm və hər şeyin daha yaxşı olacağına ümid edirəm.

“Qarabağ” rekordun 4 dəqiqəliyində "Kəpəz", "Sumqayıt", "Səbail" - "Qarabağ"dan 5 alanlar... Diniyev ilk oyununda dubl etdi, komandası qələbə qazandı - video Qurban Qurbanov: “Neftçi" ilə oyunlarda heç vaxt əvvəlki oyunların nəticələrinə baxılmayıb” “Mingəçevir”də növbəti ayrılıq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri