Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Branimir Subaşiç: Fernandu Santuş işinin öhdəsindən gələ bilmir Müsahibə

Branimir Subaşiç: Fernandu Santuş işinin öhdəsindən gələ bilmir Müsahibə

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiç apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Macarıstanla görüşdə məğlub oldu. Səncə, komanda niyə uduzdu?
- Millinin vəziyyəti anlaşılmazdır. Məğlubiyyətlər və ümumilikdə qələbəsizlik seriyası çox çəkdi. Doğrudur, həm Macarıstan, həm də əvvəlki matçlarda qalib gəlmək mümkün idi. Lakin bunu edə bilmədilər. Milli oyunlarda çox səhvə yol verir. Milli qürur mənbəyidir, fəxr olunası komandadır. Təəssüf ki, bu cür nəticələr olur. Halbuki AFFA tərəfindən çox yaxşı şərait yaradılıb. Nəyə görə bu cür uğursuz olduqlarını başa düşə bilmirəm.

- Bundan 4 gün əvvəl isə Azərbaycan millisi Latviyaya da qalib gələ bilmədi. Sanki elə görünür ki, Azərbaycan San-Marinoya da qalib gələ bilməz...
-
Həqiqətən də, vəziyyət ürəkaçan deyil. Ola bilsin ki, fiziki durumun yaxşı olmaması da nəticəyə birbaşa təsir göstərir. Hamıda yox, bəzi oyunçulardakı fiziki durumu nəzərdə tuturam.

- Fernandu Santuşdan millidə nəsə gözləmək olar, yoxsa sadəcə vaxt itkisidir?
- Nəsə demək çətindir. Fərqli mentalitet var. Şəxsən mən düşünürəm ki, Fernandu Santuş Azərbaycan millisində işinin öhdəsindən çətin gəlsin. Milliyə daha gənc, daha enerjili biri lazımdır.

- Azərbaycanda bəzi ekspertlər düşünür ki, yığmada milli ruh yoxdur. Bəlkə heyəti sıfırdan yığsınlar?
- Bilirsiz, heyəti sıfırdan qurmaq çətin məsələdir. Bəs, alternativ var? Çox çətin olacaq. Mənə elə gəlir ki, Azərbaycan millisində istənilən məşqçi üçün çətin olacaq. Bunu demək ağırdır. Futbolçulara böyük hörmətim var. Amma həqiqətən belədir, çətin görünür. Milli ruh, emosiya o deyil.

- Milli bu qədər uğursuz çıxış edirsə, DÇ-2026-nın seçmə mərhələsində hansı nəticəni göstərə bilər? Qarşıda Fransa ilə görüş var ki, əksər mütəxəssislər "Oser faciəsi"nin təkrarlana biləcəyini ehtimal edir...
- Görünən budur ki, Fernandu Santuşun köməyi dəyməyəcək. Bunu üçün zaman lazımdır. O da yoxdur. Millidə çempionatı çox yaxşı və dərindən bilən məşqçi lazımdır. Santuş milliyə kömək edə bilməyəcək. Allah etsin ki, səhv çıxım. Amma çox çətin görünür. Ruhdan düşmək olmaz. Hər oyunda sona qədər mübarizə aparmaq lazımdır. Mən Azərbaycan millisinə azarkeşlik edirəm və hər zaman millimiz üçün ən yaxşısını istəyirəm.

AFFA nəyi gözləyir? - Elə bu gün göndər getsin! Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...” "Qarabağ" klubu dünya reytinqində geriləyib “Var olsa da, qol sayılacaqdı” Fernandu Santuş: “Bu mətbuata çıxarılası bir şey deyil”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 İyun 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri