Braziliya lideri Lula beyin qanamasından sonra əməliyyat olunub
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Braziliya prezidenti Lula da Silva yıxılaraq beyin qanaması keçirərək əməliyyat olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya-Livan Xəstəxanasından verilən açıqlamada Lulanın reanimasiya şöbəsində nəzarət altında vəziyyətinin yaxşı olduğu bildirilib.
Xəstəxana prezidentin İnstaqram hesabından verdiyi açıqlamada əməliyyatın ağır keçdiyini və Lulanın reanimasiya şöbəsində nəzarət altında yaxşı vəziyyətdə olduğunu bildirib.
Xəstəxana qanaxmanın Lulanın oktyabrın 19-da keçirdiyi yıxılma ilə əlaqəli olduğunu söylədi. Lula paytaxt Braziliyada prezident iqamətgahında yıxıldıqdan sonra başına zərbə endirib və ona bir neçə tikiş vurulub.
Həkimlərin məsləhəti ilə 79 yaşlı Lula həmin ay BRİKS sammiti üçün Rusiyaya planlaşdırdığı səfərini ləğv etdi.
Orxan Saffari
Baxış sayı:84
Bu xəbər 10 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















