Icma.az
close
up
RU
Braziliya üçün antirekord göstərici

Braziliya üçün antirekord göstərici

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 9-da Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin 18-ci turunun oyunları keçirildi. Bununla da qrup mərhələsinə yekun vuruldu.

Finiş ərəfəsində regiondan gələn il ABŞ, Kanada və Meksikada təşkil ediləcək turnirə birbaşa vəsiqə qazanan bütün komandalar (Argentina, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya və Paraqvay) məlum idi. Qrup mərhələsinin sonuncu turu pley-offa yollanacaq yığmanın müəyyənləşməsi baxımından əhəmiyyət daşıyırdı ki, bu hüququ Boliviya qazandı. Nəticədə Çili və Perudan sonra mundialda oynamayacaq üçüncü yığmanın Venesuela olduğu dəqiqləşdi.
Qeyd edək ki, Cənubi Amerikada seçmə turnirin yekun cədvəlində ilk 6 yeri tutan komanda final mərhələsinə vəsiqə qazandı, 7-ci yerin sahibi isə digər qitənin təmsilçisi ilə pley-off oyunları keçirəcək. Xatırladaq ki, bu regionda azarkeşlərini erkən sevindirən ilk komanda Argentina olmuşdu. Sonuncu dünya çempionu hələ martda Uruqvaya 1:0 hesabıyla qalib gəlməklə finişə 5 tur qalmış minimum 6-cı yeri özü üçün təmin etmişdi.
Seçmə mərhələni 1-ci yerdə başa vuran Argentina sonuncu turda Ekvadorun qonağı oldu. Qonaqları çalışdıran Lionel Skaloni Venesuela ilə əvvəlki oyunda 3:0 hesablı qələbədə iki qol vurmaqla böyük rol oynayan Messinin “İnter Mayami”nin düşərgəsinə qayıtmasına razılıq vermişdi. “Albiselesta” 38 yaşlı hücumçunun yoxluğunda çətin səfərdən əliboş döndü. Matçın gərgin ab-havada keçdiyini də qeyd edək. Qonaqların müdafiəçisi Otamendi 31-ci dəqiqədə kobud oyununa görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Ekvadorlular hücumlarının kəsərini daha da artırmaqla fasilə ərəfəsində istəyinə çatdılar. Talyafiko cərimə meydançasında dirsəyi ilə Presyadoya zərbə endirdiyi üçün penaltiyə səbəbkar oldu. Valensiya şansı qaçırmadı və hesab açıldı.
Qeyd edək ki, milli formada 100-cü oyununa çıxan Enner yığma ilə dünya çempionatından sonra vidalaşacaq. Fasilədən sonra meydanda gərginlik bir qədər də artdı. Moyses Kaysedo 50-ci dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün komandaların heyətləri say baxımından bərabərləşdi. Azlıqda qalan rəqiblər nə qədər çalışsalar da, bir-birinin qapısına yol tapa bilmədilər. Hardasa Messinin yeri görünürdü. Argentinada keçirilən ilk dövrənin oyununda məhz onun dəqiq zərbəsi komandasına qələbə qazandırmışdı.
Yeri gəlmişkən, Lionel cari tsikldə karyerasında bir ilkə imza atdı. 38 yaşlı hücumçu ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri oldu. DÇ-2026-nın seçmə turnirində meydana çıxdığı 12 matçda 8 qol vuran (3 məhsuldar ötürmə edib) Messi Argentina üçün Cənubi Amerikada ən yaxşı nəticəni göstərdi. Ekvadorla bağlı maraqlı faktı da nəzərinizə çatdıraq. Yığmanın son 15 oyunda qapısından yalnız 2 top buraxması region üçün unikal göstəricidi. Cənubu Amerikada indiyədək heç bir yığma 15 oyunluq marafonda müdafiədə belə güclü təsir bağışlamamışdı.
Sebastyan Bessasesenin çalışdırdığı komanda qrup turnirini 2-ci yerdə başa vurdu. Ona görə ki, sonuncu tura bu pillədə başlayan Braziliya seçmə turniri məğlub bitirdi. Bir daha xatırladaq ki, mayın son günlərində istefaya göndərilən Dorival Juniorun yerinə təyinat alan Karlo Ançelotti futbol tarixinə Braziliyanın baş məşqçi vəzifəsini tutan ilk əcnəbi kimi düşmüşdü. Beşqat dünya çempionu 66 yaşlı italiyalının başçılığı altında mundiala vəsiqəni təmin etmişdi. Don Karlo sonuncu seçmə oyunda qeyri-optimal heyətdən yararlanmağı lazım bilmişdi. Onun bu qərarı isə yalnız qələbəyə ehtiyac duyan Boliviyanın işinə yarayacaqdı.
Qeyd edək ki, pley-offa vəsiqə verən 7-ci yerə sonuncu tura bu pillədə başlayan Venesuela ilə Boliviya iddia edirdi. Rəqibindən bir xal geridə olan boliviyalılar braziliyalılardan maksimum xal qoparmağa borclu idilər. Matçın El Altoya salınması da ev sahiblərinə əhəmiyyətli üstünlük qazandırdı. Planetimizdə okean səviyyəsindən ən yüksək yerdə yerləşən böyük şəhərdə oksigen azlığının olması çoxlarına məlumdu. Yerli futbolçular belə şəraitdə, necə deyərlər, istənilən qonaq komandanın başına oyun açmağa qadirdilər. Oskar Vilyeqasın komandası fasilə ərəfəsində hesabı açdı. Penaltini dəqiq yerinə yetirən Terseros cari seçmə turnirdə 7-ci qolunu vurmaqla Luis Diasa (Kolumbiya) çatdı və bombardirlərin yarışında 2-ci yerə şərik oldu.
Braziliyalılar ikinci hissədə bu qola heç cür cavab verə bilmədilər. Nəticədə dünya nəhəngi tarixinin antirekord göstəricisini müəyyən etdi. Belə ki, Braziliya heç vaxt seçmə turniri 5-ci yerdə başa vurmamışdı...
Boliviyalıların final fiti səslənərkən meydanda və tribunalarda necə sevindiklərini görməyə dəyərdi. Paralel keçirilən matçda Venesuelanın evdə Kolumbiyaya 3:6 hesabıyla uduzması Boliviya yığmasını pley-offa çıxardı. 7-ci yeri əldən verən Venesuelanın baş məşqçisi Fernando Batistanın stefaya göndəriləcəyi gözlənilən qərar idi.
Kolumbiya inamlı qələbə ilə topların fərqinə, daha doğrusu, daha çox top vurduğu üçün qrupu 3-cü yerdə bitirdi. Uruqvay, Braziliya və Paraqvay yığmaları da 18 oyuna 28 xal topladılar. Bu komandaların yekun mövqeyi topların fərqinə görə müəyyənləşdi.
Cənubi Amerika
18-ci tur
Ekvador – Argentina 1:0 (1:0)

Ekvador: Qalindes, Ordonyes, Paço, İnkapye, Franko, Vite, M.Kaysedo, Anqulo (Paes, 59), Presyado (Yeboa, 46/ Minda, 90+3), Plata (K.Rodriges, 69), Valensiya (Alsivar, 59).
Argentina: E.Martines, Balerdi, Otamendi, Talyafiko, Montyel (Molina, 68), Paredes (Mastantuono, 62), De Paul (Lo Selso, 69), Makallister, N.Qonsales, Simeone (Foyt, 38), L.Martines (X.Alvares, 63).
Qol: Valensiya, 45+13-p.
Vərəqələr: L.Martines, 8. M.Kaysedo, 16. Plata, 26. Presyado, 45. Talyafiko, 65. Balerdi, 80 – sarı. Otamendi, 31. M.Kaysedo, 50 (ikinci sarı) – qırmızı.
Hakim: Vilmar Roldan (Kolumbiya).
9 sentyabr. Quayakil.
Boliviya – Braziliya 1:0 (1:0)
Boliviya: Lampe, Medina (Roça, 45), Akin, Morales, R.Fernandes, E.Vaka (Kuelyar, 60), Vilyamil, Toqe, Panyaqua, Monteyro (Alqaranyas, 70), Terseros.
Braziliya: Alisson, Fabrisio Bruno, Aleksandro, Kayo Enrike, Vitinyo (Markinyos, 61), Andrey Santos (Jan Lukas, 73), Bruno Gimaraynş, Lukas Paketa, Lino (Joao Pedro, 61), Luis Enrike (Rafinya, 61), Rişarlison (Estevao, 61).
Qol: Terseros, 45+4-p.
Vərəqələr: Bruno Gimaraynş, 80. Fabrisio Bruno, 85 - sarı.
Hakim: Kristian Qaray (Çili).
9 sentyabr. El Alto.
Venesuela – Kolumbiya 3:6 (2:2)
Venesuela: Romo, Anxel, Aramburu, Ferraresi, Navarro (Murilyo, 63), Xose Martines, Seqoviya (Kasseres, 74), Soteldo, Belyo, Xosef Martines (Savarino, 69), Rondon.
Kolumbiya: Myer, Mina, D.Sançes, Anqulo, Munyos, Lerma (Portilya, 86), Kastanyo (C.Aryas, 77), Rios, Xames Rodriges (Kintero, 68), L.Dias, Suares (Kordoba, 69).
Qollar: Seqoviya, 3 (1:0). Mina, 10 (1:1). Xosef Martines, 12 (2:1). Suares, 42 (2:2). Suares, 50 (2:3). Suares, 59 (2:4). Suares, 67 (2:5). Rondon, 76 (3:5). Kordoba, 78 (3:6).
Vərəqə: Xose Martines, 62 - sarı.
Hakim: Vilton Sampayo (Braziliya).
9 sentyabr. Maturin.
Çili – Uruqvay 0:0
Çili: Viquru, P.Dias, Maripan, Eçeverriya, Loyola (Pisarro, 46), Ormasabal (Qarqes, 84), Suaso, Altamirano (Aravena, 76), Sepeda, Ramos (Q.Tapya, 70), Brereton (Assadi, 76).
Uruqvay: Mele, S.Kaseres, Arauxo, Vinya, Nandes, Uqarte, Valverde, Bentankur, B.Rodriges (Amaro, 71), K.Olivera, D.Nunyes (Vinyas, 82).
Vərəqələr: Loyola, 38. Mele, 78 - sarı.
Hakim: Anderson Daronko (Braziliya).
9 sentyabr. Santyaqo.
Peru – Paraqvay 0:1 (0:0)
Peru: Qalyese, Sambrano, Qarses (Noryeqa, 84), M.Lopes, Advinkula (Sonne, 85), Penya (Kari, 80), R.Tapya, Yotun (Konça, 62), Kabrera (Kuevedo, 62), Qrimaldo, L.Ramos.
Paraqvay: Xil, Alderete, Velaskes (X.Kaseres, 68), Bobadilya, Q.Qomes, Sandes, D.Qomes (Oxeda, 74), Anxel Romero (Alexandro Romero, 46), R.Sosa, Sanabriya (Avalos, 69), R.Martines (Qalarsa, 46).
Qol: Qalarsa, 78.
Vərəqə: Velaskes, 27 - sarı.
Hakim: Maksimiliano Ramires (Argentina).
9 sentyabr. Lima.
Yekun cədvəl
1. Argentina 18 12 2 4 31-10 38
2. Ekvador (-3) 18 8 8 2 14-5 29
3. Kolumbiya 18 7 7 4 28-18 28
4. Uruqvay 18 7 7 4 22-12 28
5. Braziliya 18 8 4 6 24-17 28
6. Paraqvay 18 7 7 4 14-10 28
7. Boliviya 18 6 2 10 17-35 20
8. Venesuela 18 4 6 8 18-28 18
9. Peru 18 2 6 10 6-21 12
10. Çili 18 2 5 11 9-27 11
Bombardirlər: Messi (Argentina) - 8, L.Dias (Kolumbiya), Terseros (Boliviya) - 7, Rondon (Venesuela), Valensiya (Ekvador) – 6, D.Nunyes (Uruqvay), Rafinya (Braziliya) - 5.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Sentyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri