Icma.az
close
up
RU
Braziliyada Azərbaycanın COP hərəkatına gətirdiyi qalıcı mirasdan danışılıb

Braziliyada Azərbaycanın COP hərəkatına gətirdiyi qalıcı mirasdan danışılıb

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycanın "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “COP29 qlobal təcrübə və COP30 yeni perspektivlər” layihəsi çərçivəsində yan tədbir keçirib.
Newscenter.az xəbər verir ki, tədbir ekosistem dayanıqlığını gücləndirmək, təbiətə əsaslanan həllərin təşviqi və ədalətli uyğunlaşma üzrə yeni strategiyaların müzakirəsinə həsr olunub, Sessiyada alimlər, yerli icma liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc fəallar iştirak edib.
Panel müzakirələrində spikerlər qlobal iqlim proseslərində sosial ədalət, miqrasiya, mədəniyyətin rolu və yerli dayanıqlılıq məsələləri üzrə baxışlarını bölüşüblər, daha inklüziv iqlim həllərinə ehtiyac olduğunu bildiriblər.
"Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova vurğulayıb ki,
COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə gətirdi və Azərbaycan yaranmış imkanlardan effektiv istifadə edərək bu prosesdə QHT-lərin daha fəal iştirakı, onların rolunun gücləndirilməsinə misilsiz töhfə verdi. COP29-da dünyanın hər yerindən gələn 10 mindən çox QHT nümayəndəsinin iştirakı yeni təcrübə yaratdı, onların təsirini və töhfəsini artırdı. Azərbaycanın təşəbbüsü ilə 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyası iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunması hərəkatında QHT-lərin iştirakçılığını, rolunu gücləndirdi, COP-ların keçirilməsində yeni təcrübə formalaşdırdı. Azərbaycanın təşəbbüslərinin uğuru yeni çağırışlar fonunda qlobal çoxtərəfli əməkdaşlıq formatlarına ehtiyacı göstərdi.
Müzakirələrdə xüsusi vurğulanıb ki, Bakı Qlobal Cənub QHT Platformasının vətəni olmaqla, Cənubun təşkilinə və möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslı və konstruktiv dialoq üçün ilkin şərtlər yaradır. Bu Platforma beynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferi və iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətli bölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli formatdır. Azərbaycan Qlobal Cənubun güclənməsinə yardım göstərməklə, qlobal səviyyədə daha səmərəli qarşılıqlı fəaliyyət və kompromis mexanizmlərinin yaradılmasına öz töhfəsini verir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri