Icma.az
close
up
RU
Braziliyada keçiriləcək COP30 un prezidenti təyin olunub

Braziliyada keçiriləcək COP30 un prezidenti təyin olunub

Icma.az, Report.az saytına istinadən bildirir.

Braziliyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransına (COP30) prezident təyin edilib.

“Report” bu ölkənin Prezident Administrasiyasının məlumatına istinadən xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın qərarı ilə bu vəzifəyə ölkənin Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katib, səfir Andre Koreya do Laqo təyin olunub.

Eyni zamanda, COP30-un baş direktoru (CEO) vəzifəsini Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni icra edəcək.

Andre Koreya do Laqo Dubayda keçirilən COP28 və Bakıda təşkil olunan COP29 konfranslarında Braziliya nümayəndə heyətinin əsas danışıqçısı olub.

Qeyd edək ki, COP30 bu ilin noyabrın 10-21-i tarixlərində Braziliyanın Para ştatının Belen şəhərində keçiriləcək.

COP30-un əsas mövzusu qlobal iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafın təşviqi olacaq. Konfrans çərçivəsində ölkələr arasında karbon emissiyalarının azaldılması, təmiz enerji mənbələrinə keçid, meşələrin qorunması və iqlim dəyişikliyinin sosial-iqtisadi təsirlərinə uyğunlaşma kimi mövzular müzakirə ediləcək. Bundan əlavə, COP30, inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi və iqlim ədalətinin təmin edilməsi kimi məsələlərə də diqqət yetirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri