Icma.az
close
up
RU
Braziliyada keçiriləcək COP30 logistika böhranı ilə üz üzədir

Braziliyada keçiriləcək COP30 logistika böhranı ilə üz üzədir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Braziliyanın Belém şəhərində 10–21 noyabr tarixlərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Konfransı (COP30) bir sıra problemlərlə üzləşir.

"Report"un ABŞ bürosu xəbər verir ki, konfransda iştirak etməsi nəzərdə tutulan 45–60 min qonaq üçün Belémdə otel imkanlarının məhdudluğu ciddi narahatlıq doğurur.

Mövcud otellərdə qiymətlər 10–15 dəfə bahalaşaraq, bir gecə üçün 360–4400 ABŞ dolları arasında dəyişir. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrin nümayəndə heyətləri üçün əlavə maliyyə yükü yaradır.

Problemin qismən həlli üçün Braziliya hökuməti kruiz gəmilərini, məktəbləri, yataqxanaları və hətta motelləri müvəqqəti yaşayış məkanı kimi istifadə etməyi planlaşdırır.

Bundan əlavə, hazırlıqlar çərçivəsində Belémdə inşasına başlanılan 13 km uzunluğunda Avenida Liberdade adlı yeni yolun Amazon meşələrinin bir hissəsini zədələməsi əlavə narazılıq yaradıb. Ekoloqlar layihəni konfransın məqsədləri ilə ziddiyyətli hesab etsələr də, Braziliya hakimiyyəti yolun COP30-un seçilməsindən əvvəl planlaşdırıldığını açıqlayıb.

Bəzi ölkələr yüksək qiymətlər və məhdud infrastruktur səbəbilə COP30-un başqa şəhərə köçürülməsini təklif etsələr də, Braziliya hökuməti tədbirin Belémdə keçiriləcəyini qəti şəkildə təsdiqləyib. Rəsmi qurumlar isə endirimli qiymətlər və vahid rezervasiya platforması vasitəsilə problemi yumşaltmağa çalışır.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik isə problemlə bağlı açıqlamasında COP30-un uğurla keçirilməsinin qlobal məsuliyyət olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da əldə olunan nəticələr COP30 üçün mühüm təcrübə olmalıdır:

"Biz Braziliyanın ev sahibi olaraq  üzləşdiyi çətinliklərin tam fərqindəyik. Ümid edirik ki, bu problemlərin çoxu həll olunacaq. COP-lar üçün geniş vətəndaş cəmiyyətinin iştirak etməsi, üzv dövlətlərin istədikləri şəxsləri tədbirə gətirə bilmələri və bunu maddi imkanları daxilində edə bilmələri vacibdir. İnsanların səsi COP30-da da eşidilməlidir. Ümid edirik ki, vətəndaş cəmiyyətinin səsi eşidiləcək. Dövlətlər və BMT üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu il plastik çirklənməsinə dair hüquqi öhdəlikli beynəlxalq razılaşmaya nail olmaq xüsusilə vacibdir."

Qeyd edək ki, dövlət başçılarının iştirakı ilə COP30 Liderlər Sammiti 6–7 noyabrda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri