Braziliyada qadın üzgüçülük dərsində suyun dadına baxdıqdan sonra ölüb
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Braziliyanın San-Paulu şəhərinin 27 yaşlı sakini Culiana Faustino Bassetto ictimai hovuzda üzgüçülük dərsi zamanı suyun dadına baxdıqdan sonra ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "g1.globo" nəşri məlumat verib.
Məlumata görə, Bassetto və bir neçə nəfər suda qəribə qoxu hiss ediblər. Qadın da suyu udaraq, qəribə dadın olduğunu təsdiqləyib. Daha sonra Culiana Faustino Bassettonun qəfildən halı pisləşib. Ona yardım göstərmək istəsələr də, qadın həyatını itirib.
Hadisə yerinə gələn həkimlər məşqin digər iştirakçılarını, o cümlədən Bassettonun uşağı və ərini də xəstəxanaya yerləşdiriblər, onlar reanimasiyadadırlar.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin məlumatlara görə, suya təhlükəli kimyəvi maddələr qarışıb.
"İlkin məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, orada kimyəvi reaksiya baş verib və ehtimal ki, hovuzu təmizləmək üçün istifadə olunan maddələrlə əlaqəli olub. Biz təqsirkarları, xüsusən də dərsi keçən müəllimi müəyyən etməyə çalışırıq. Şahidlər iddia edirlər ki, məhsulları təmizlik işçisi qarışdırırdı", - deyə polis bölməsinin detektivi Aleksandr Bento bildirib.
Onun sözlərinə görə, ümumilikdə beş nəfər zərər görüb - biri ölüb, dördü xəstəxanaya yerləşdirilib. Hadisə yerində içində kimyəvi maddələrin olduğu ehtimal edilən 20 litrlik vedrə aşkarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Fevral 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















