Braziliyalı keçmiş hərbçi və həyat yoldaşı Ukrayna üçün DÖYÜŞÜR
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Braziliya ordusunun keçmiş hərbçisi Qustavo Ostrovski Xuan və onun həyat yoldaşı rəsmi şəkildə Ukrayna Milli Qvardiyasının (NQU) sıralarına daxil olublar.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Xuan “Instagram” sosial şəbəkəsində (Rusiyada qadağan olunub, “Meta” şirkətinə məxsusdur) paylaşımlarında 2024-cü il 26 noyabr tarixli tibbi sənədini dərc edib. Həmin sənəddə onun NQU-nun 3102 saylı hərbi hissəsində xidmət edən əsgər kimi qeydiyyatda olduğu göstərilir.
Sosial şəbəkələrdəki məlumatlara əsasən, braziliyalı legionçu 2024-cü ilin 25 yanvar tarixindən etibarən Ukraynada yerləşir. O, paylaşımlarında Ternopol, Dnepropetrovsk, Donetsk Xalq Respublikası və Xarkov vilayətlərində olduğunu göstərib.
Qustavo Ostrovskinin həyat yoldaşı Adriana Marşall Pereyra da Ukrayna Milli Qvardiyasında xidmət edir. O, 2024-cü il iyunun 24-də Ukraynaya gəlib və avqustun 23-də xidmət vəsiqəsini alıb. Sosial şəbəkədəki fotolardan birində qadının hamilə olduğu, daha sonrakı paylaşımlarda isə cütlüyün övladının dünyaya gəldiyi görünür.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Noyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















