Icma.az
close
up
RU
Doğrudanmı, Ukrayna... Azərbaycan üçün döyüşür?!

Doğrudanmı, Ukrayna... Azərbaycan üçün döyüşür?!

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan bu günədək - artıq dörd ildir, mediada və sosial şəbəkələrdə belə bir fikrə tez-tez raat gəlirik: "Ukrayna Azərbaycan üçün döyüşür" .

Doğrudanmı, Ukrayna Azərbaycan üçün döyüşür?

Bu suala qısaca cavab verməyə, qısaca şərh etməyə çalışacam.

Əvvəla, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinin pozulmasına qarşı kim döyüşürsə, bəli, o, təkcə özü üçün deyil, hamı üçün savaşır demək. Bu mənada o fikirlə razıyam ki, Ukrayna həm də Azərbaycan üçün döyüşür. Çünki, dediyim kimi, bu prinsiplər hamılıqla qəbul olunub və onun bu və başqa ölkəyə münasibətdə pozulması hamı üçün təhlükəlidir. Ancaq Rusiya-Ukrayna kontekstində Azərbaycanı xüsusi olaraq ayırıb, sanki Ukraynaya minnətdar olmalıymış, borcluymuş kimi təqdim etmək, yumşaq desəm, yanlış düşüncədir. Ukrayna hər şeydən əvvəl öz ərazi bütövlüyü, öz suverenliyi, öz milli dövlətçiliyi üçün savaşır və bu, Ukrayna xalqının haqqı, Ukrayna dövlətinin vəzifəsidir.

İkincisi, əgər hazırda Ukraynanın öz torpaqlarında hərbi aqressora qarşı həm də Azərbaycan döyüşməsidirsə, o zaman Azərbaycan da beş il əvvəl öz torpaqlarında hərbi aqressora qarşı həm də Ukrayna üçün döyüşüb. Yəni Ukraynanın indi etdiyini Azərbaycan beş il əvvəl edib, hazırda isə Ukrayna 4 ilə yaxındır ki, Azərbaycanın 44 günə bacardığını təkrarlamağa çalışır. Əgər bir ölkə öz Vətən müharibəsində həm də başqası və ya başqaları üçün savaşmış sayılırsa, o zaman Azərbaycan bunu bir çox başqalarından əvvəl edib. Hər halda Ukraynalılar Azərbaycandan aqressora necə qalib gəlməyin yollarını öyrınməyə çalışıblar və tez-tez bunu Azərbaycan dövlətindən soruşurlar. Məşhur Ukraynalı jurnalist Dmirti Qordonun Azərbaycan prezidenti İlham Əliyevə bu ilin iyulunda Xankəndidə verdiyi sualı və o suala verilmiş ətraflı cəsur cavabı yada salmağa dəyər.

Çox qəribədir: Azərbaycan cəmiyyətinin bəzi fərdləri nədənsə Azərbaycanı Ukrayna qarşısında günahkar çıxarmağa çalışır, "Ukrayna həm də Azərbaycan üçün döyüşür" deyə borclu hiss etdirməyə cəhdlər göstərir. Bunu ən çox özünü Azərbaycan prezidentinin tənqidçiri, opponentləri, hətta alternativi kimi tanıtmaq istəyənlər edir.

Məqsəd nə ola bilər?!

Məqsəd bu ola bilər ki, Azərbaycanı, Azərbaycan hakimiyyətini Ukraynaya lazımınca kömək göstərməyən dövlət kimi, hakimiyyət kimi qələmə verib, rəsmi Bakıya qarşı Qərbin sərt pressinqinə nail olsunlar, Azərbaycan hakimiyyətini zəiflədib öz şəxsi və qrup maraqlarını, siyasi planlarını gerçəkləşdirə bilsinlər.

Daxili siyasətdə nəsə əldə etmək üçün hətta Vətənə xəyanətə belə əl atmağa hazır olan insanlar var. Bu, əlbəttə, çox yanlış, hətta təhlükəli bir yoldur. Kimsə siyasət meydanına atılıb, özünü Azərbaycan prezidentinə rəqib görürsə, görsün, hakimiyyəti tənqid edirsə, etsin, hakimiyyətə gəlməyə çalışır, çalışsın. Ancaq bütövlükdə dövləti, ölkəni, milləti hədəf göstərmək nə deməkdir?!

Əslində bilirik bu nədir: qanunda da, xalq arasında da belə əməllərin öz adları var...

Belə qruplar, bu cür elementlər, görünür, siyasəti, yumşaq desək, siyasi "işgörənlik" lə qarışıq salıblar.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri