Braziliyanın həbsdəki sabiq prezidentini hıçqırtılarını kəsmək üçün əməliyyat ediblər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Braziliyanın həbsdə olan keçmiş prezidenti Jair Bolsonaru davamlı hıçqırıqlardan əziyyət çəkdiyi üçün əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri sabiq ölkə başçısının həyat yoldaşına istinadən məlumat yayıb.
"Bolsonarunu müalicə edən həkimlər sağ diafraqmatik siniri bloklamağa müvəffəq olduqlarını açıqladılar, sol siniri bloklamaq üçün 48 saat ərzində təkrar prosedur təyin etdilər", - eks prezidentin xanımı bildirib.
Həkimlər əməliyyatın uğurlu keçdiyini söyləyiblər.
Qeyd edək ki, noyabrın 22-də sabiq prezident həbs edilib. O, ölkədən qaçma riskinin yüksək olması səbəbindən qandallanıb. Siyasətçinin daha əvvəl tətbiq olunmuş elektron izləmə qolbağını çıxarmağa cəhd etdiyi də bildirilib.
Həbsinə qədər ev dustaqlığında olan Bolsonaru hakimiyyət çevrilişinə cəhddə təqsirli bilinərək 27 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















