Braziliyanın sabiq prezidentinə telefon qadağası qoyuldu
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Braziliya Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonarunu ev dustaqlığına göndərib. Buna səbəb onun sosial şəbəkələrdən istifadəyə qoyulmuş qadağanı pozması olub.
Oxu.Az bu barədə BBC-yə istinadla xəbər verir.
Bildirilir ki, Bolsonaru tərəfdarlarının, o cümlədən parlamentdə təmsil olunan oğullarının hesablarından məhkəməyə və xarici müdaxiləyə çağırışlar yayımlayıb.
Məhkəmədən bildirilib ki, Flavio Bolsonaru atasının çağırış videosunu paylaşıb, ancaq sonradan qanun pozuntusuna görə onu silib.
Hakim, həmçinin, Bolsonarunun mobil telefondan istifadəsini və ziyarətçi qəbul etməsini qadağan edib (yalnız vəkillər istisna olmaqla).
Xatırladaq ki, keçmiş prezident 2022-ci il seçkilərində Luiz İnasiu Lula da Silvaya uduzduqdan sonra dövlət çevrilişinə cəhd və sui-qəsd planlaşdırmaqda ittiham olunur. İddialara görə, Bolsonaru Lula və Ali Məhkəmə hakimi Moraesi zərərsizləşdirməyi planlaşdırıb. O, ittihamları rədd edir. Təqsiri sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.


