Icma.az
close
up
RU
Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi Kazemiro

Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi Kazemiro

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunmasını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, ESPN 33 yaşlı braziliyalının fikirlərini belə çatdırıb: 

"Tite gedəndən sonra düşünürəm ki, baş məşqçi postunda o olmalı idi. Braziliyaya onun kimi peşəkar, onun kimi böyük bir ada, hörmətə malik biri lazım idi.

Karlo qeyri-adidir. O, inanılmazdır. Gəlin, bundan həzz alaq, çünki o, qalib gəlsə də, uduzsa da, xarizması var. Onda oyunçuları ən yaxşı şəkildə oynamağa, onlardan ən yaxşısını almağa və ən yaxşısını ortaya qoymağa məcbur edən bir güc var. Belə səviyyəli məşqçinin Braziliya millisini çalışdıracağına sevinirəm, amma bir az üzülürəm ki, müqaviləsi qısa müddətədir". 

Kazemiro Karlonun rəhbərliyi altında yenidən millidə oynamaq ümidini itirməyib. Yarımmüdafiəçi 2023-cü ilin oktyabrından "pentakampeonlar"ın sıralarına çağırılmayıb: 

"Milli komandaya qayıtmaqdan danışmaq çətindir. Amma sənin bu səviyyəli məşqçinin olduğunu hiss edəndə təbii ki, Braziliya millisinə qayıtmaq istəyirsən”.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyası (CBF) mayın 12-də italiyalı mütəxəssislə əməkdaşlığa başladığını elan edib. Ançelottinin CBF ilə müqaviləsi DÇ-2026-nın sonuna qədərdir.

Kazemiro Ançelottinin rəhbərliyi altında "Real Madrid"də çıxış edib. Onlar birlikdə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olublar.

Bu mövsüm Kazemiro "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri