Bred Pittin qızı atasının soyadından imtina edəcək
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.
Kulis.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "People" jurnalı məlumat yayıb.
Materialda 18 yaşlı qızın Los-Anceles dairəsinin Ali Məhkəməsinə rəsmi adının Vivyen Marşelin Coli-Pittdən Vivyen Marşelin Coliyə dəyişdirilməsi xahişi ilə vəsatət qaldırdığı bildirilir.
Eyni zamanda, adın dəyişdirilməsi səbəbi "şəxsi" olaraq göstərilib. Məhkəmə sənədlərinə əsasən, bu məsələ üzrə dinləmə noyabrın 2-nə təyin edilib.
Bundan əvvəl Hollivud aktyorunun övladlığa götürdüyü uşaqları – 24 yaşlı Meddoks və 21 yaşlı Zahara "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində Bred Pittin soyadından imtina etdikləri barədə xəbər dərc etdirmişdilər. Bildirilir ki, onlar Zahara Marli Coli və Meddoks Çivan Coli adlanmaq istəyirlər. 2024-cü ilin iyulunda ulduzun digər qızı Şaylo da atasının soyadından imtina etdiyini açıqlamışdı.
Məşhur aktyor intihar etdi Kanada ilk dəfə "Avroviziya"da iştirak edəcək Qəlbimdə sübhədək oyaq qalan qız... - Ramiz Qusarçaylı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 22 İyul 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















