Bred Pittin 4 cü övladı da onun soyadından imtina etdi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hollivud aktyorları Ancelina Coli və Bred Pittin qızı Vivyen soyadından “Pitt” hissəsini çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TheWrap” nəşri yazıb.
Belə ki, noyabrın 2-də Los-Anceles məhkəməsi 18 yaşlı Vivyenin soyadının dəyişdirilməsini təsdiqləyib. O, bundan sonra rəsmi olaraq Vivyen Marşelin Coli adlanacaq. Əvvəllər onun tam adı Vivyen Marşelin Coli-Pitt olub.
Qız 2026-cı ilin iyulunda, yetkinlik yaşına çatdıqdan sonra soyadının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə sənədlərinə əsasən, müraciətə qarşı etiraz daxil olmayıb və məhkəmə onun tələbini təmin edib.
Vivyen bundan əvvəl də peşəkar fəaliyyətində anasının soyadından istifadə edib. Ancelina Coli ilə birlikdə çalışdığı “The Outsiders” Brodvey müziklinin proqramında onun adı Vivyen Coli kimi qeyd olunub.
Vivyen keçmiş cütlüyün altı övladından atasının soyadından rəsmi şəkildə imtina edən dördüncü övladıdır. 2024-cü ildə böyük qızları Şaylo da analoji qərar qəbul edib. 2026-cı ilin sentyabrında isə məhkəmə Zahara və Meddoksun adlarının dəyişdirilməsini təsdiqləyib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2016-cı ildə ayrılıblar. Onların boşanması uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra 2024-cü ilin dekabrında rəsmiləşib. Aktyorlar qızlarının soyadını dəyişdirməsi ilə bağlı son qərarı açıq şəkildə şərh etməyiblər.
Bizim.Media
Baxış sayı:111
Bu xəbər 03 Noyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















