Icma.az
close
up
RU
Brend parfümlərdə ÖLÜM TƏHLÜKƏSİ Azərbaycan bu ətirlərdən İMTİNA edə bilərmi?

Brend parfümlərdə ÖLÜM TƏHLÜKƏSİ Azərbaycan bu ətirlərdən İMTİNA edə bilərmi?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Zielinski & Rozen, Guerlain, Bvlgari və digər 10 qlobal brend ətirlərin insan sağlamlığına təhlükəli olduğu açıqlanıb. Bildirilir ki, bu məhsulların tərkibində DNT-ni məhv edən ftalat maddəsi var. O, orqanizmdə bir çox xəstəliklərə səbəb olur.
Artıq ABŞ və Avropa ekspertləri bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Eləcə dəNyu-York Tayms” bu haqda material dərc edərək təhlükəli komponenti ehtiva edən ətirlər üzündən çox sayda insanın zərər gördüyünü yazıb.
 

ÇÖVZU İLƏ BAĞLI:
Qramla satılan ətirlərin TƏHLÜKƏSİ: Bir çox xəstəliklər yarana bilər


Eyni zamanda nəşr bu məhsulları istehsal edən şirkətləri qınayaraq onları satışından imtina etməyə çağırıb.
Ftalat nədir?
Ftalat kimyəvi maddədir. O, həyatımızdakı hər yerdə və hər şeydə mövcuddur. Ondan PVC və plastik materiallarda, kosmetik məhsullarda, ətirlərdə, dırnaq boyası, saç spreyi, şampunlar, yuyucu vasitələr və fərdi qulluq məhsullarında istifadə olunur.
Yəni yediyimiz yeməklərdən başlamış uşaqlarımızın oynadığı oyuncaqlarda, hətta onların əmziklərində, geyindiyimiz paltarlarda, tibbi avadanlıqlarda, məişət əşyalarında (vinil döşəmə) ftalat qatqısı var.
Eləcə də, gündəlik istifadə etdiiyimiz brend ətirlər də ftalat tərkiblidir.
Fəsadları
Tərkibində ftalat olan plastik qablar kanserogenli olduğu üçün ondan istifadənin xərçəng xəstəliklərinə səbəb olduğu artıq çoxdan elmi şəkildə sübut edilib.
Ətirlərdə və digər kosmetik məmulatlardakı qatqısı isə ürək-damar xəstəlikləri, sonsuzluq, piylənmə və digər fəsadlara səbəb olur.
Avropa və ABŞ mütəxəssislərinin həyəcan təbili çalması da məhz bu səbəblərdəndir.
Onlar bildirir ki, “Ftalatlar reproduktiv orqanların hormonal və hüceyrə funksiyalarına təsir edə bilən endokrin pozuculardır. Tədqiqatlar göstərdi ki, ftalatların yüksək olması sonsuzluq riskinin artması, spermanın zəifləməsi, mayalanmanın keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”.
Bəs, bizim mütəxəssislər bu haqda nə düşünür? Azərbaycanda da bu ətirlərdən imtina edilə bilərmi?
Bizim.Media mözvu ilə bağlı öncə həkim-terapevt Günay Lətifovanın fikirlərini öyrənib.
Həkim bildirib ki, adətən, saxta ətirlərin insan səhhətinə zərərlərini daha çox diqqətdə saxlayırıq. Amma tərkibində zəhərli qatqı olan bütün məhsullar saxtadır və zərərlidir:
“Tərkibində zərərli kimyəvi qatqılar olan ətirlər bir çox problemlərə səbəb ola bilər. Özəlliklə dəridə fəsadların olması mümkündür. Dəri orqanizmin örtücü baryeridir. Daxildə olanı çölə göstərən bir güzgüdür. Ona görə də hər şey ilk olaraq dəridə əks olunur. Bilirsiniz ki, insanlar, özəlliklə xanımlar ən çox ətri biləklər və boyuna vurur. Bu da bədənin ən həssas nahiyələridir. Həmin həssas nahiyələrdəki dəri də ətri sovurur və qıcıqlanma yaradır. Bu cür davamlı istifadə də dəri xərçənginə qədər gətirib çıxara bilir. Sözsüz ki, daha bir böyük fəsad allergik problemdir. 
Zərərli qatqılı ətirlər tənəffüs sistemində problem olan insanlar üçün də təhlükəlidir. Ümumiyyətlə, ətirin tərkibində kimyəvi maddələr çoxdursa, bu, artıq təbii yox, saxta sayılır. Təbii ki, tərkibində ftalat olan ətirlə bağlı da diqqətli olmaq lazımdır. Çünki o da zərərli kimyəvi maddədir, sonsuzluğa, aşırı piylənmə kimi DNK pozğunluğuna yol açır”.
Azərbaycan bu brendlərdən imtina edəcək?
Məhsullardan imtina etmək məsələsi ilə bağlı isə “Adore” Mağazalar Şəbəkəsi ilə əlaqə saxladıq.
“Adorre”dən bildirdilər ki, Zielinski & Rozen, Guerlain, Bvlgari ətirləri onlarda da satışda olur. Lakin parfümlərin hansısa zərərləri olduğundən xəbərsizdirlər:
““Guerlain” bizə  Fransadan gətirilir. Ən çox təlabat olan ətirlərdən biridir. Ümumiyyətlə, brend ətirlərin tərkibində zərərli məhsul olması haqda bilgimiz yoxdur. İndiyədək də bu ətirlərlə bağlı səhhətində, dərisində problem yaranması haqda şikayət lmamışıq. Ona görə də hansısa brenddən imtina, satışının dayandırılması gözlənilmir”.
Qeyd edək ki, sözügedən ətirlər müxtəlif qramlarla 80-300 manat aralığında satılır.

Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri