Icma.az
close
up
RU
Brend parfümlərdə ÖLÜM TƏHLÜKƏSİ

Brend parfümlərdə ÖLÜM TƏHLÜKƏSİ

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zielinski & Rozen, Guerlain, Bvlgari və digər 10 qlobal brend ətirlərin insan sağlamlığına təhlükəli olduğu açıqlanıb. Bildirilir ki, bu məhsulların tərkibində DNT-ni məhv edən ftalat maddəsi var. O, orqanizmdə bir çox xəstəliklərə səbəb olur.

Artıq ABŞ və Avropa ekspertləri bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Eləcə də “Nyu-York Tayms” bu haqda material dərc edərək təhlükəli komponenti ehtiva edən ətirlər üzündən çox sayda insanın zərər gördüyünü yazıb.

Qramla satılan ətirlərin TƏHLÜKƏSİ: Bir çox xəstəliklər yarana bilər

Eyni zamanda nəşr bu məhsulları istehsal edən şirkətləri qınayaraq onları satışından imtina etməyə çağırıb.

Ftalat nədir?

Ftalat kimyəvi maddədir. O, həyatımızdakı hər yerdə və hər şeydə mövcuddur. Ondan PVC və plastik materiallarda, kosmetik məhsullarda, ətirlərdə, dırnaq boyası, saç spreyi, şampunlar, yuyucu vasitələr və fərdi qulluq məhsullarında istifadə olunur.

Yəni yediyimiz yeməklərdən başlamış uşaqlarımızın oynadığı oyuncaqlarda, hətta onların əmziklərində, geyindiyimiz paltarlarda, tibbi avadanlıqlarda, məişət əşyalarında (vinil döşəmə) ftalat qatqısı var.

Eləcə də, gündəlik istifadə etdiiyimiz brend ətirlər də ftalat tərkiblidir.

Fəsadları

Tərkibində ftalat olan plastik qablar kanserogenli olduğu üçün ondan istifadənin xərçəng xəstəliklərinə səbəb olduğu artıq çoxdan elmi şəkildə sübut edilib.

Ətirlərdə və digər kosmetik məmulatlardakı qatqısı isə ürək-damar xəstəlikləri, sonsuzluq, piylənmə və digər fəsadlara səbəb olur.

Avropa və ABŞ mütəxəssislərinin həyəcan təbili çalması da məhz bu səbəblərdəndir.

Onlar bildirir ki, “Ftalatlar reproduktiv orqanların hormonal və hüceyrə funksiyalarına təsir edə bilən endokrin pozuculardır. Tədqiqatlar göstərdi ki, ftalatların yüksək olması sonsuzluq riskinin artması, spermanın zəifləməsi, mayalanmanın keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”.

Bəs, bizim mütəxəssislər bu haqda nə düşünür? Azərbaycanda da bu ətirlərdən imtina edilə bilərmi?

Bizim.Media mözvu ilə bağlı öncə həkim-terapevt Günay Lətifovanın fikirlərini öyrənib.

Həkim bildirib ki, adətən, saxta ətirlərin insan səhhətinə zərərlərini daha çox diqqətdə saxlayırıq. Amma tərkibində zəhərli qatqı olan bütün məhsullar saxtadır və zərərlidir:

“Tərkibində zərərli kimyəvi qatqılar olan ətirlər bir çox problemlərə səbəb ola bilər. Özəlliklə dəridə fəsadların olması mümkündür. Dəri orqanizmin örtücü baryeridir. Daxildə olanı çölə göstərən bir güzgüdür. Ona görə də hər şey ilk olaraq dəridə əks olunur. Bilirsiniz ki, insanlar, özəlliklə xanımlar ən çox ətri biləklər və boyuna vurur. Bu da bədənin ən həssas nahiyələridir. Həmin həssas nahiyələrdəki dəri də ətri sovurur və qıcıqlanma yaradır. Bu cür davamlı istifadə də dəri xərçənginə qədər gətirib çıxara bilir. Sözsüz ki, daha bir böyük fəsad allergik problemdir. 

Zərərli qatqılı ətirlər tənəffüs sistemində problem olan insanlar üçün də təhlükəlidir. Ümumiyyətlə, ətirin tərkibində kimyəvi maddələr çoxdursa, bu, artıq təbii yox, saxta sayılır. Təbii ki, tərkibində ftalat olan ətirlə bağlı da diqqətli olmaq lazımdır. Çünki o da zərərli kimyəvi maddədir, sonsuzluğa, aşırı piylənmə kimi DNK pozğunluğuna yol açır”.

Azərbaycan bu brendlərdən imtina edəcək?

Məhsullardan imtina etmək məsələsi ilə bağlı isə “Adore” Mağazalar Şəbəkəsi ilə əlaqə saxladıq.

“Adorre”dən bildirdilər ki, Zielinski & Rozen, Guerlain, Bvlgari ətirləri onlarda da satışda olur. Lakin parfümlərin hansısa zərərləri olduğundən xəbərsizdirlər:

““Guerlain” bizə  Fransadan gətirilir. Ən çox təlabat olan ətirlərdən biridir. Ümumiyyətlə, brend ətirlərin tərkibində zərərli məhsul olması haqda bilgimiz yoxdur. İndiyədək də bu ətirlərlə bağlı səhhətində, dərisində problem yaranması haqda şikayət lmamışıq. Ona görə də hansısa brenddən imtina, satışının dayandırılması gözlənilmir”.

Qeyd edək ki, sözügedən ətirlər müxtəlif qramlarla 80-300 manat aralığında satılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Dekabr 2024 03:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri