Icma.az
close
up
RU
BRICS çərçivəsində əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətlidir

BRICS çərçivəsində əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətlidir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRİKS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib. Əvvəlcə XVI BRİKS Sammitinin “Outreach”/“BRİKS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər. Rusiya Prezidenti Vladimir Putin çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Dövlətimizin başçısı tədbir iştirakçılarını salamladıqdan sonra hər şeydən əvvəl dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürünü bildirib.

Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını BRİKS-də uğurlu sədrliyi münasibətilə təbrik edib.

İ.Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir: “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

Milli Məclisin deputatı Azər Kərimli deyib ki, XVI BRICS Sammitinin “Outreach”/“BRICS+ formatının ilk plenar iclasına Azərbaycanın da dəvət alması, həmçinin Prezident İlham Əliyevin sözügedən tədbir çərçivəsində keçirdiyi görüşlər, ölkəmizin regional və qlobal proseslərdə mühüm rola malik olduğunu nümayiş etdirir. BRICS hazırda iqtisadi potensial və insan resursları baxımından dünyanın ən önəmli və böyük perspektiv vəd edən təşkilatlarından biridir. Təşkilatın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini əsas götürməsi, müstəqil hüququn subyekti olan dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşması Azərbaycanın bu istiqamətdəki ardıcıl və prinsipial mövqeyi ilə tamamilə uyğunluq təşkil edir. Bu isə öz növbəsində BRICS çərçivəsində əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətini daha da artırır. Məlum olduğu kimi, Azərbaycan çoxtərəflilik prinsipinin fəal tərəfdarından biri kimi çıxış edib və cənab Prezidentin öz nitqində vurğuladığı kimi, ölkəmiz 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bu yanaşmanı əyani şəkildə nümayiş etdirilib: “Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır. Ölkəmizin baxış bucağına görə, səmərəli beynəlxalq münasibətlər sisteminin qurulmasının yolu qarşılıqlı faydaya, hörmətə və əsl çoxtərəfliliyin gücləndirilməsinə əsaslanan ədalətli münasibətlərdən keçir.

Yeni dünya düzəninin formalaşması kontekstində Azərbaycan Cənubi Qafqazın aparıcı oyunçusu kimi qlobal Cənubun əsasını təşkil edən ölkələrlə münasibətləri dərinləşdirməyə çalışır.

Cənab Prezidentin öz nitqində qeyd etdiyi kimi öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Məlum olduğu kimi, ölkəmiz uzun müddətdir ki, özünü mühüm tranzit qovşağı kimi tanıda bilib. Azərbaycan infrastruktura, o cümlədən dəmir yollarına, avtomobil yollarına və logistika mərkəzlərinə əhəmiyyətli investisiyalar yatırıb. 2023-cü ildə ölkəmiz dəmir yolu ilə yük daşımalarının rekord həcminə - təqribən 18-19 milyon ton - nail olub və qarşısına 2030-cu ilə qədər bu həcmin ildə 30 milyon tona çatdırılması kimi iddialı məqsəd qoyub.

Bu baxımdan, Azərbaycanın Avropa və Asiya arasında körpü kimi strateji coğrafi mövqeyi BRİKS ölkələri ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər. Bu strategiyanın mərkəzində Azərbaycanın Orta Dəhlizdə - Transxəzər beynəlxalq nəqliyyat marşrutunda rolu dayanır. BRİKS ölkələri ticarət yollarını şaxələndirməyə və əlaqələri genişləndirməyə çalışdıqları üçün, Azərbaycanın Orta Dəhlizdəki aparıcı rolu onların da məqsədlərinə uyğundur”.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, “Soyuq müharibə” dönəminin başa çatmasından sonra formalaşmış və ABŞ-ın hegemon siyasətinə əsaslanan təkqütblü-monopolist dünya düzəni artıq öz ömrünü başa vurmaqda və çoxqütblü beynəlxalq münasibətlər sistemi ilə əvəzlənməkdədir. ABŞ-ın liderlik etdiyi kollektiv Qərbin (NATO və G7 alyanslarının) təkbaşına hökmranlıq erası artıq başa çatır. BRICS adlı yeni geosiyasi birlik formatının ortaya çıxması və Qlobal Cənub qütbünün təşəkkül tapması isə daha ədalətli və daha proqnozlaşdırılan beynəlxalq nizamın bərqərar olmasına təkan verir.

BRİKS artıq dünyanın qeyri-Qərb iri iqtisadiyyatlarını (Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Rusiya) öz “çətir”i altında birləşdirməklə beynəlxalq münasibətlərdə kifayət qədər böyük təsir gücünə və neytrallaşdırma, tarazlıq yaratmaq potensialına malik nüfuzlu geosiyasi aktora çevrilməkdədir. Bunu Tatarstanın paytaxtı Kazan şəhərində keçirilən BRİCS-2024 sammitinin nəticələrindən də görmək mümkündür. Avropa İttifaqından (Aİ) fərqli olaraq BRICS öz üzvlərinin müstəqilliyini və suverenliyini məhdudlaşdırmağa can atmır. Bunun əksinə, BRICS öz müstəqilliyinə hörmətlə yanaşan və öz hüquqlarını qorumağa çalışan ölkələrin birliyi olduğuna görə bu təşkilata üzv olmaq istəyən ölkələrin sayı sürətlə artır. Kazan sammitində 40-a yaxın ölkənin nümayəndə heyətlərinin iştirak etməsi də bunun əyani göstəricisidir: “Prezident İlham Əliyevin BRİCS sammitində iştirakı və “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etməsi Azərbaycanın bu təşkilatın get-gedə beynəlxalq münasibətlərdə artan çəkisini və rolunu düzgün dəyərləndirməsinin nəticəsidir. Azərbaycanın bu təşkilata üzv olmaq maraqını ortaya qoyması ölkəmizin qlobal, geostrateji hədəflərindən irəli gəlir. Bəzilərinin yanlış zənn etdiyi kimi Azərbaycan BRICS-ə üzvlüklə bağlı müraciət etməklə heç də Şərqlə Qərb arasında konkret seçim etmək niyyətini güdmür. Rəsmi Bakı bu məsələyə daha geniş aspektdən yanaşır və Qərb ilə Qlobal Cənub arasında əlaqələndirmə missiyasını həyata keçirməyi, körpü rolunu oynamağı hədəfləyir. Biz Azərbaycanın bu vizyonunu Kazanda XVI BRICS sammitinin “Outreach”/“BRICS+” formatının toplantısında çıxış edən Prezident İlham Əliyevin açıqlamasından da gördük.

Belə ki, İlham Əliyev sözügedən çıxışında COP29-un keçirilməsinə hazırlıq işləri çərçivəsində Azərbaycanın artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini bildirdi: “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”. Dövlət başçısı bundan əvvəlki çıxışlarında da Azərbaycanın Qlobal Cənub və Qərb arasında körpü yaratmaq istəyini dəfələrlə dilə gətirib. Bu mənada BRICS sammitində iştirakımız da ilk növbədə sözügedən qlobal missiyanın gerçəkləşminə hesablanmışdı.

Ona görə də Azərbaycandan başqa daha 27 ölkənin üzv olmaq istədiyi bu qurumda biz öz xüsusi missiyamızla daha üstün imkanlar əldə edə bilərik. Azərbaycan indiyə qədər öz milli maraqlarına cavab verən və bərabərhüquqlu əməkdaşlıq üçün geniş imkanlar təklif edən bütün platformalardan səmərəli surətdə yararlandığı kimi BRICS-in də mümkün faydalarından təyinatı üzrə yararlanmağı düşünür. Bu da rəsmi Bakının BRICS-ə praqmatik yanaşmasının göstəricisidir. Rəsmi Bakı hazırkı qlobal geosiyasi prosesləri və gələcək perspektivləri rasional dəyərləndirir. Ölkəmizin mövcud xarici siyasət kursu Aİ ölkələri ilə, Qoşulmama Hərəkatının üzvləri ilə yanaşı BRICS üzvləri ilə də həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan verir. Bu baxımdan BRICS ilə sıx əməkdaşlıq digər müstəvilərdəki əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək. Tam əksinə, BRICS ilə əməkdaşlığın genişləndirilməsi geosiyasi manevr imkanlarımızı daha da artıra bilər”.

Ə.Hüseynovun fikrincə, BRICS ölkələrinin münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və qlobal həmrəyliyə əsaslanır. Bu prinsiplər Azərbaycan üçün də önəmlidir. Azərbaycanı BRICS ölkələri ilə birləşdirən qlobal tranzit-logistik marşrutlar da (“Bir kəmər, bir yol” layihəsi, Orta Dəhliz, Şimal-Cənub dəhlizi) bu prinsiplərin əməli-praktik icrasına xidmət edir. Azərbaycan qlobal həmrəyliyə xidmət edən bütün formatlara və təşəbbüslərə müsbət yanaşır: “BRICS-in Kazan sammitinin nəticələrini Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması aspektindən də faydalı hesab etmək olar. Belə ki, BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş sülh sazişi istiqamətində danışıqların intensivləşməsinə əlavə stimul verəcək. Azərbaycan və Ermənistan liderləri arasında bu cür birbaşa ikitərəfli müzakirələrin aparılması yekun razılaşmanın əldə edilməsi üçün əlverişli imkanlar yaradır. Bu kontekstdə BRICS sammitindəki görüşü region üçün həlledici mərhələnin başlanğıcı hesab etmək olar”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see362

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see356

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see349

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see345

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see339

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see317

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see295

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see263

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see263

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see256

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see251

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see231

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see230

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see230

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see223

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see220

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see212

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see211

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see198

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri