Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ölkəmiz regionun sülh və əməkdaşlıq məkanıdır

Ölkəmiz regionun sülh və əməkdaşlıq məkanıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum yalnız Azərbaycanın deyil, bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən mühüm siyasi hadisə kimi yadda qalıb. Forumda Prezident İlham Əliyevin iştirakı və çıxışı bu tədbiri daha da əhəmiyyətli edib. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər, verdiyi mesajlar və ortaya qoyduğu prinsipial mövqe müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində Azərbaycanın öz yolunu necə müəyyən etdiyini bir daha göstərir.

Dünyada baş verən son onilliklərdəki siyasi, iqtisadi və təhlükəsizlik yönümlü proseslər göstərir ki, XX əsrdə formalaşmış beynəlxalq nizam artıq köhnəlmişdir. BMT-nin rolunun zəifləməsi, beynəlxalq hüququn tez-tez pozulması, ikili standartların hökm sürdüyü bir sistemdə “ədalət” və “bərabərlik” prinsipləri ciddi sual altına düşmüşdür. Forumda çıxış edən Prezident İlham Əliyev məhz bu reallığı dilə gətirərək, yeni dünya nizamının hansı prinsiplər üzərində qurulmalı olduğuna dair Azərbaycanın mövqeyini əsaslandırdı. Azərbaycan Prezidenti çıxışında bildirib: “Beynəlxalq münasibətlərdə ən vacib olan prinsip ədalət və beynəlxalq hüququn təmin edilməsidir. Bu prinsiplər əsasında dünya nizamı qurulmalıdır. Biz Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, bütün dünya üçün daha ədalətli bir nizamın formalaşmasına dəstək verməyə hazırıq”.
Forumda Prezident İlham Əliyevin çıxışı bir daha sübut edir ki, Azərbaycan indiki qeyri-müəyyən və təlatümlü dövrdə siyasi müstəqilliyini qoruyub saxlamaqla yanaşı, öz milli maraqlarını qlobal səviyyədə müdafiə etməyə qadirdir. Dövlətimizin balanslaşdırılmış xarici siyasəti və dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qurmaq istəyi onu regionda və daha geniş miqyasda cəlbedici tərəfdaşa çevirib. Prezident İlham Əliyev çıxışında qeyd edib: “Azərbaycan heç bir hərbi blokun üzvü deyil və heç vaxt olmayacaq. Bizim xarici siyasətimizin əsasını milli maraqlarımız və beynəlxalq hüquq təşkil edir. Bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq bizim strateji yolumuzdur”.
Prezident İlham Əliyev forumda çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə daim ədalət prinsipini rəhbər tutduğunu da vurğulayıb. Qarabağ məsələsində 30 il ərzində beynəlxalq hüququn təmin olunmamasına baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bu prosesdə heç bir dövlətin və ya təşkilatın hərbi dəstəyinə ehtiyac duymadı. Bu fakt artıq yeni dövrdə güc balansının dəyişdiyini və öz iradəsinə sahib olan dövlətlərin təşəbbüs göstərmək imkanlarının artdığını sübut edir.
Qürurla deyə bilərik ki, artıq ADA Universiteti Azərbaycanın qlobal düşüncə mərkəzi kimi tanınır. Tədbirin məhz ADA Universitetində keçirilməsi təsadüfi deyil. Son illərdə ADA Universiteti qlobal düşüncə mərkəzinə çevrilib. Burada keçirilən forumlar, müzakirələr və siyasi dialoqlar Azərbaycanın yalnız enerji və təhlükəsizlik sahələrində deyil, intellektual və ideoloji müstəvidə də söz sahibi olduğunu nümayiş etdirir. Bu forumda müxtəlif ölkələrdən tanınmış siyasətçilərin, diplomatların və ekspertlərin iştirakı Azərbaycanın dünyadakı nüfuzunun artmasının təzahürüdür.
Bu günkü mürəkkəb dünyada Azərbaycanın sabitlik adası kimi çıxış etməsi və bu sabitliyi qoruyaraq beynəlxalq əməkdaşlıq üçün yeni yollar axtarması, ölkəmizin diplomatik uğurlarının əsas sirridir. Bu baxımdan ADA Universitetində keçirilmiş forum həm Azərbaycanın beynəlxalq gündəmi müəyyən edən ölkə olduğunu təsdiqlədi, həm də yeni dünya nizamı ilə bağlı vacib diskussiyaların ünvanına çevrildi. Prezident İlham Əliyevin bu forumda verdiyi mesajlar, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini gücləndirməyə və dünya nizamının formalaşmasında aparıcı rol oynamağa davam edəcəyini bir daha təsdiqlədi.
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri