BRİKS sammitinin yekun bəyannaməsində Ukraynanın adı çəkilməyib
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni Dehlidə keçirilən BRİKS sammitinin yekun bəyannaməsinin 140 bəndinin heç birində Ukraynanın adı qeyd olunmayıb.
Bizim.Media xəbər verir ki, sənəd Kremlin mətbuat xidməti tərəfindən dərc edilib.
Bəyannamədə bir sıra beynəlxalq və regional məsələlərə toxunulub. Sənəddə BRİKS ölkələrinin əməkdaşlığın daha da dərinləşdirilməsinə, qlobal idarəetmə sisteminin islahına və təkmilləşdirilməsinə sadiqliyi vurğulanır.
Bundan əlavə, sammit iştirakçıları nüvə təhlükəsi və münaqişələrlə bağlı narahatlıqlarını ifadə edib, beynəlxalq hüquqa zidd olan “birtərəfli” məcburedici tədbirləri pisləyib və qlobal ticarətin, təchizat zəncirlərinin və enerji təminatının fasiləsizliyini təmin etmək üçün ölkələrin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 13 Sentyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















