“Briqada”nın aktyoru bədbəxt hadisə nəticəsində vəfat etdi
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı aktyor Aleksandr Vısokovski bədbəxt hadisə nəticəsində vəfat edib.
Yeniavaz.com xəbər verir ki, ölkənin İstintaq Komitəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, bir gün əvvəl Puşçino yaxınlığında yoxa çıxan kişinin cəsədi Moskva yaxınlığındakı Oka çayında tapılıb.
Hüquq-mühafizə orqanları TASS-a kişinin Vısokovski olduğunu təsdiqləyib.
“Baza”nın məlumatına görə, 62 yaşlı aktyor iyunun 30-da oğlu ilə balıq tutmağa gedib və qayıtmayıb.
Karyerası ərzində Aleksandr Vısokovski 25-dən çox rus filmində və televiziya serialında rol alıb. Əksər izləyicilər onu əsasən “Briqada” teleserialındakı Maks rolu ilə tanıyırlar. Vısokovski həmçinin “Bumer” filmində epizodik rol oynayıb. O, həmçinin rejissor və ssenarist kimi də çalışıb.
Baxış sayı:178
Bu xəbər 01 İyul 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















