Icma.az
close
up
RU
Britaniya ABŞ ilə Çin arasında təhlükəli oyuna girir

Britaniya ABŞ ilə Çin arasında təhlükəli oyuna girir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfəri çərçivəsində Pekində bu ölkənin lideri Si Cinpinlə görüşüb”.

“Cebehinfo.az” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu öz sosial media hesabında yazıb.

O bildirib ki, iki lider arasındakı görüş 40 dəqiqə çəkib:

“Bu, Böyük Britaniya Baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. Pekində iki ölkə arasında münasibətlərin inkişafı və beynəlxalq məsələlər müzakirə olunub.

“The Guardian” nəşrində yayımlanan məqalədə Donald Trampın prezidentliyi dönəmində Böyük Britaniyanın ABŞ-la münasibətlərdə sualların yarandığı şəraitdə Londonun alternativ istiqamətlərə önəm verdiyi vurğulanıb.

Kir Starmer Pekinə yola düşərkən təyyarədə verdiyi açıqlamada, iki ölkə arasındakı münasibətlərə aydınlıq gətirmək istədiyini deyib. Bu o deməkdir ki, Londonla Pekin arasında münasibətlərdə bir qisim suallar var. Elə Kir Starmerin özü əvvəlki açıqlamalarında Çin Xalq Respublikasını Böyük Britaniyanın milli təhlükəsizliyi üçün “real təhdid” adlandırmışdı. Baş nazir London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid etmişdi.

Buna baxmayaraq, Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir. Halbuki, Böyük Britaniya Çinin əsas 10 ticarət tərəfdaşı arasında yer almır. Çünki Pekin Londonu Vaşinqtonun satelliti kimi dəyərləndirir. Təsadüfi deyil ki, Kir Starmerin Çinə səfərini Böyük Britaniyada tənqid edənlər də az deyil.

Mühafizəkarlar Partiyasının üzvləri Çinin Böyük Britaniyada xəfiyyə şəbəkəsi qurduğunu və xəfiyyələrin hətta Böyük Britaniya parlamentinə nüfuz etdiklərini vurğulayaraq, belə şəraitdə baş nazirin Pekinə səfərini doğru hesab etməyiblər”. 

Politoloq qeyd edib ki, Kir Starmer bu ittihamlara cavab olaraq Pekindəki görüşlərdə Çində insan haqları mövzusuna da diqqət yetirəcəyini bildirib:

“Misal üçün Starmer deyib ki, Honkonqda həbs olunan media maqnatı Cimmi Layın azad olunmasına çalışacaq. Demokratiya tərəfdarı kimi tanınan 78 yaşlı Cimmi Lay Honkonqda milli təhlükəsizlik ittihamları ilə mühakimə olunub.

Kir Starmerin bir səfərlə iki ölkə arasındakı suallara aydınlıq gətirəcəyini söyləmək çətindir. London Vaşinqtonla münasibətlərdə yaranan suallara rəğmən, Çini ABŞ-a dəyişməyəcək. Buna baxmayaraq, Starmerin söylədiyi kimi, Böyük Britaniya - Çin münasibətlərə aydınlıq gətirməyə ehtiyac var”.

“Cebehinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri