Icma.az
close
up
RU
Britaniya Baş nazirliyinə ƏSAS NAMİZƏD Endi Börnem kimdir? DOSYE

Britaniya Baş nazirliyinə ƏSAS NAMİZƏD Endi Börnem kimdir? DOSYE

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mançesterin keçmiş meri Endi Börnem (Andy Burnham) Böyük Britaniya hökumətinə rəhbərlik etmək istədiyini və Leyboristlər Partiyasının liderliyinə namizədliyini irəli sürəcəyini rəsmən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Börnem yaydığı bəyanatda hazırkı baş nazir Kir Starmerə liderliyinə görə təşəkkür edib və qeyd edib ki, ölkə sabitlik, ciddiyət və ən vacib məsələlərə davamlı diqqət gözləyir: "Ölkə məhz bunu da alacaq".
Bəs Börnem kimdir?
"YouGov" sosioloji şirkətinin rəy sorğularına görə, 56 yaşlı təcrübəli siyasətçi Endi Börnem hazırda Britaniyanın ən populyar siyasətçisidir. Müqayisə üçün qeyd edək ki, hazırkı baş nazir Kir Starmer həmin reytinqdə 21-ci yerdə qərarlaşıb.
 

Börnem 2017-ci ildə mer seçilənə qədər 16 il ərzində İcmalar Palatasının deputatı olub, Toni Bler və Qordon Braunun hökumətlərində müxtəlif nazir postları tutub. O, təxminən 3 milyon əhalisi olan Böyük Mançester aqlomerasiyasının meri seçildikdən sonra parlamentdən gedib və daha iki dəfə böyük səs çoxluğu ilə bu posta yenidən seçilib.


Koronavirus pandemiyası dövründə rəsmi Londonla və mühafizəkarların (tori) hökuməti ilə lokdaunlar barədə kəskin mübahisə etdiyi üçün mətbuat onu "Şimalın Kralı" adlandırıb.
Bununla belə, Leyboristlər Partiyasındakı bir çox şəxs Börnemin hökumət başçısı postunda özünü necə aparacağına hələ də tam əmin deyil.
Qeyd edək ki, partiyanın nizamnaməsinə görə, liderliyə iddialı olan şəxs ilk növbədə İcmalar Palatasının deputatı olmalı, parlament fraksiyasının 20%-nin (hazırda 81 deputat) imzasını toplamalı və partiyaya bağlı olan ən azı üç təşkilatın (bunlardan ikisi mütləq həmkarlar ittifaqı olmalıdır) dəstəyini qazanmalıdır. Bundan sonra partiyanın bütün üzvləri arasında səsvermə keçirilir. Seçkilərin dəqiq müddəti isə partiyanın mərkəzi orqanları tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, Böyük Britaniyanın Baş nazir Kir Starmer bu gün istefa verib. O, yeni Baş nazir seçilənədək vəzifəsinin icrasına davam edəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri