Britaniya Çinlə əlaqələrinə görə məhdudiyyət tətbiq etdi
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya hökuməti milli təhlükəsizlik səbəbindən Çin şirkətləri ilə əlaqəsi olan Britaniyanın yanğın siqnalizasiya sistemi istehsalçısına məhdudiyyətlər tətbiq edib.
“Ölkə.az” xəbər verir ki, bu barədə cümə günü “Teleqraf” qəzeti məlumat yayıb.
“Britaniyanın yanğın siqnalizasiyası istehsal edən kiçik biznesinin Çinin dövlət şirkəti tərəfindən alınmasından sonra milli təhlükəsizlik səbəbindən onun fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib”, - məqalədə deyilir.
Nəşr qeyd edir ki, Britaniyanın Kent qraflığında yerləşən “FireBlitz Extinguisher” şirkəti baş ofisi Pekində yerləşən “Jade Bird” şirkətinə məxsus olan Kanadanın “Maple Armor” şirkəti tərəfindən alınıb. Bildirilir ki, Pekin Universiteti “Jade Bird” şirkətinin ən böyük səhmdarıdır.
Məhdudiyyətlərə məruz qalan “FireBlitz Extinguisher”in özü isə məhsullarını Böyük Britaniyanın müxtəlif dövlət qurumlarına tədarük edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 24 May 2025 02:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















