Britaniya Gürcüstana bütün yardım proqramlarının dayandırıldığını açıqlayıb
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bəyanatında deyilir.
O qeyd edib ki, respublika hakimiyyətinin hökumət əleyhinə iğtişaşlara reaksiyası fonunda Gürcüstan hakimiyyəti ilə, o cümlədən müdafiə sahəsində qarşılıqlı fəaliyyəti məhdudlaşdıracaq.
"Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılığın şokedici görüntüləri qəbuledilməzdir və dayandırılmalıdır. Bu hərəkətlər Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və Gürcüstanın Avropanın gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir. Mövcud hadisələr fonunda Böyük Britaniya dərhal bütün tədbirləri dayandıracaq. Avropa demokratik norma və azadlıqlarından uzaqlaşma dayandırılana qədər Gürcüstan hökumətinə yardım proqramları, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü Arzusu” partiyasının hökumət nümayəndələri ilə qarşılıqlı əlaqəni məhdudlaşdırın”, - deyə o qeyd edib.
Baxış sayı:86
Bu xəbər 09 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















