Britaniya Gürcüstana dəstəyi AZALDIR
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Gürcüstan hökumətinə dəstək və hökumətlə əməkdaşlığın azaldılacağını elan edib.
Modern.az xəbər verir ki, bəyanatda Gürcüstan hakimiyyəti tərəfindən nümayişçilərə və jurnalistlərə qarşı zorakılığın qəbuledilməz olduğu qeyd edilib.
“Bu hərəkətlər Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirir və ölkənin konstitusiyasında təsbit olunmuş Avropanın gələcəyinə sadiqliyinə ziddir. Bu, dayandırılmalıdır”, - deyə Devid Lemmi bəyanatda qeyd edib.
Nazir bildirib ki, baş verən hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dərhal dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqələri məhdudlaşdıracaq.
Qeyd olunub ki, Böyük Britaniya Gürcüstan xalqının öz ölkəsinin gələcəyini seçmək hüququnu dəstəkləməkdə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Dekabr 2024 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















