Britaniya hakimiyyəti leqal miqrantlar üçün qaydaları sərtləşdirmək niyyətindədir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniya leqal miqrantların ölkədə daimi yaşamaq icazəsi almaq üçün müraciət etməzdən əvvəl yaşamaları tələb olunan müddəti iki dəfə artıraraq 10 ilə çatdıracaq.
APA xəbər verir ki, bu barədə Krallığın parlamentində çıxışı zamanı daxili işlər naziri Şabana Mahmood bildirib.
“Son illərdə misilsiz miqrasiya səviyyəsi nəticəsində proqnozlara görə 2026–2030-cu illər arasında 1,6 milyon insan ölkədə daimi yaşayış üçün müraciət etmək hüququ əldə edəcək. Bunun zirvəsi isə 2028-ci ildə 450 min nəfər olacaq ki, bu da son illərin orta göstəricisindən dörd dəfə çoxdur. Bu isə dəyişəcək”, –nazir bildirib.
O həmçinin əlavə edib ki, hökumət daimi yaşayış icazəsi üçün yeni tələblər tətbiq etməyi planlaşdırır.
Namizədlər cinayət keçmişinə malik olmamalı, ingilis dilini mükəmməl bilməli, milli sığorta sisteminə mütəmadi olaraq ödəniş etməli və borcları olmamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Noyabr 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















