Britaniya miqrantlar üçün daimi yaşayış qaydalarını sərtləşdirir
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya daimi yaşayış icazəsi almaq istəyən qanuni miqrantlar üçün ölkədə tələb olunan minimum yaşayış müddətini 5 ildən 10 ilə qaldıracaq.
Gununesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.
Yeni qaydalara əsasən, illik gəliri 50 min funt sterlinqdən çox olan miqrantlar üçün əvvəlki 5 illik müddət saxlanılacaq. İllik gəliri 125 min funt sterlinqdən artıq olanlar isə artıq 3 ildən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər.
Həkimlər, tibb bacıları və müəllimlər kimi səhiyyə və təhsil sahələrinə töhfə verən, illik gəliri azı 25 min funt olan şəxslər də əvvəlki qaydalardan yararlana biləcəklər.
Digər miqrantlar üçün müddət 10 il olacaq. Qanunsuz miqrantlar və viza qaydalarını pozanlar isə yalnız Böyük Britaniyada işləmək və ya təhsil almaq şərti ilə 20 ildən sonra daimi yaşayış icazəsinə müraciət edə biləcəklər. Əks halda bu müddət 30 ilə qədər uzadılacaq.
Dövlət müavinətləri hesabına yaşayan şəxslər isə daimi yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl 5 il dövlət yardımından istifadə etməməlidirlər.
BBC-nin məlumatına görə, yeni qaydaların qüvvəyə minməsi üçün qanunvericiliyə dəyişiklik tələb olunmaya bilər. Yeniliklərin mövcud miqrasiya qaydalarına texniki dəyişikliklər etməklə qısa müddətdə tətbiqi mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















