Britaniya kralının qardaşı oyuncaq ayılarla yatır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Endryu siyasi və ictimai həyatdan uzaqlaşdıqdan sonra günlərini televizora baxmaqla və videooyunlar oynamaqla keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Nəşr iddia edir ki, şahzadə onlarla oyuncaq ayının olduğu yataq otağında yatır. O, gec oyanır, duş və səhər yeməyindən sonra böyük televizoru olan otağa gedir. Endryu gününün çox hissəsini orada keçirir. Şahzadənin əsas təsəllisi isə video oyunlardır.
Məlumata görə, şahzadə "Call of Duty", müharibə oyunları və helikopterlə olan oyunları sevir. O, FIFA oynamır və futbolla maraqlanmır.
Endryu oyun oynamaqdan əlavə, müharibə filmlərini də sevir. O, bəzən qolf turnirlərini də izləyir.
Xatırladaq ki, şahzadə Endryunun adı pedofiliyada ittiham edilən mərhum maliyyəçi Cefri Epşteynlə əlaqələrdə hallandıqdan sonra o, siyasi və ictimai fəaliyyətdən uzaqlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Oktyabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















