Britaniya kralının qardaşı şahzadə titulundan məhrum edilib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyada Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor, amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal səbəbilə rəsmi olaraq "şahzadə" titulundan məhrum edilib.
APA xəbər verir ki, bu barədə rəsmi hökumət nəşri olan "The Gazette"də bildiriş dərc edilib.
Məlumata görə Kral III Çarlz noyabrın 3-də Endryu Mauntbatten-Vindzorun artıq "kral əlahəzrətləri" rəsmi titulunu və üslubunu, eləcə də "şahzadə" titulunu daşımaq və ya istifadə etmək hüququna malik olmadığını elan edib.
Qeyd edək ki, 2019-cu ildə şahzadə Endryu Epşteyn məsələsi ilə bağlı qalmaqala görə rəsmi olaraq bütün vəzifələrindən istefa verməyə məcbur olub. Bu, amerikalı qadın Virciniya Cuffrenin ona qarşı iddialarla çıxış etməsindən və 17 yaşında cinsi əlaqəyə girməyə məcbur edildiyi bir neçə kişi arasında olduğunu iddia etməsindən sonra baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 06 Noyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















